Dünya 16.12.2019 14:52

Tokioda yeni stadionun açılış mərasimi keçirildi - FOTO

Dekabrın 15-də Tokioda gələn il Yaponiya paytaxtında keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarının əsas idman arenası olacaq Milli stadionun təntənəli açılış mərasimi keçirilib. Yeni Milli stadionun tikinti işləri ötən ayın sonlarında başa çatıb.

Rakus.az xəbər verir ki, açılış mərasimində Yaponiyanın Baş Naziri Şinzo Abe, paytaxt prefekturasının qubernatoru Yuriko Koike, stadionun memarı Kenqo Kuma və digər rəsmi şəxslər iştirak ediblər.

Mərasimdə Ş.Abe bildirib ki, inşaat işləri başa çatdırılan stadionda idman tarixində yeni nailiyyətlərin qazanıldığı yarışlar keçiriləcək.

Xatırladaq ki, yeni stadion 1964-cü il Tokio Olimpiadası üçün inşa edilmiş əvvəlki idman arenasının yerində tikilib. Yeni obyektin tikintisinin ilkin mərhələsi Yaponiya cəmiyyətində qalmaqalla yaddaşlarda qalıb. Belə ki, stadionun memarı Böyük britaniyalı məşhur arxitektor Zaha Hadid olmalı idi. Lakin bir sıra yapon memarları və məmurlar bu layihənin çox baha olduğunu bildirərək onun əleyhinə çıxıblar. Nəticədə, aparılan müzakirələrdən sonra həmin layihədən imtina edilib. Yaponiya hökuməti tanınmış memar Kenqo Kumanın təklif etdiyi layihəni qəbul edib. K.Kumanın müəllifi olduğu layihə milli və ənənəvi yapon memarlığının xüsusiyyətləri nəzərə alınaraq hazırlanıb. Onun ekoloji təmizliyi və yerli landşafta uyğunluğu da bu layihəyə üstünlük verilməsinə səbəb olub.

Xatırladaq ki, tikinti işlərinə 2016-cı ilin dekabrında başlanılan yeni layihə nəzərdə tutulan xərcləri 2,1 milyard dollardan 1,4 milyardadək azaltmağa imkan verib. Yeni stadionun tamaşaçı tutumu da 80 mindən 60 minədək azaldılıb. Yeni stadionda Olimpiya Oyunlarının rəsmi açılış və bağlanış mərasimlərinin, həmçinin futbol və yüngül atletika üzrə yarışların keçiriləcəyi planlaşdırılır.

XXXII Tokio Yay Olimpiya Oyunları 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçiriləcək. Bu idman bayramının ümumilikdə 2 trilyon yenə (təqribən 17,8 milyard dollar) başa gələcəyi gözlənilir. Yeni stadionda keçiriləcək ilk kütləvi böyük idman tədbiri isə futbol üzrə İmperator kubokunun final mərhələsi olacaq.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO