Tomas Anders Bakıya gəlir - FOTO
“Modern Talking” qrupunun solisti olmuş əfsanəvi müğənni Tomas Anders Bakıya gəlir.
Rakus.az xəbər verir ki, mayın 7-də Heydər Əliyev Mərkəzində dünya pop musiqisinin əfsanəsi, məşhur “Modern Talking” qrupunun solisti olmuş Tomas Andersin konserti keçiriləcək. Mərkəzindən verilən məlumata görə, müğənni “Musiqi centlmeni – Tomas Anders” (“Thomas Anders – The Gentlemen of Music”) adlı konsert proqramında ən sevilən mahnılarını, ötən illərin məşhur hitlərini səsləndirəcək.
Konsertə biletlərin qiyməti 40, 50, 60, 80, 100, 120, 150 və 200 AZN-dir. Biletləri Heydər Əliyev Mərkəzinin kassasından, iTicket-az saytı və satış məntəqələrindən əldə etmək olar.
Xatıeladaq ki, “Modern Talking” və Tomas Andersin solo musiqi albomlarının satışları dünya üzrə 125 milyonu ötüb. Müğənni 420-dən çox qızıl, platin plastinka və çoxsaylı mükafatlar qazanıb.