Ceffersonun yıxılan abidəsi – tüğyan edən virus – TƏHLİL - FOTO
Afroamerikalı Corc Floydun Minneapolisdə polis tərəfindən saxlandıqdan sonra ölməsinin ardından ABŞ-ın bütün şəhərində başlayan nümayişlərin iştirakçıları Portlenddə ölkənin üçüncü prezidenti Tomas Ceffersonun (1801-1809) abidəsini aşırıblar.
Rakus.az xəbər verir ki, abidə şəhərin şimalında Cefferson adına liseyə girişin qarşısında quraşdırılmışdı.
Aksiya iştirakçıları aşırılmış abidə üzərində “qul sahibi” sözləri yazıblar, abidənin kənarına isə üzərində “qaradərili qadınlar məni ruhlandırır” yazılmış plakat qoyublar.
Bu, Portlenddə xəsarət yetirilmiş üçüncü abidədir.
Bu arada COVID-19-da ABŞ-da tüğyan edir. Belə ki, son sutkada 19 532 nəfərdə yeni növ koronavirus aşkar edilib, 296 nəfər COVID-19 pandemiyasının qurbanı olub.
Federal və yerli hökumət orqanlarının, eləcə də KİV və digər açıq mənbələrin məlumatlarını ümumiləşdirən Cons Hopkins Universitetinin məlumatına görə, ölkədə yoluxma hallarının ümumi sayı 2 094 069-dur. Toplamda 115 732 nəfər virusdan ölüb. 561 816 nəfər virusdan sağalıb. yayıb.
Universitetin son məlumatına görə, dünyada koronavirusa yoluxmuş insanların ümumi sayı 7 936 874 nəfərdir. Virus dünyada 434 minə yaxın insanın ölümünə səbəb olub, 3,79 milyondan çox insan xəstəlikdən sağalıb.