Tovuzda sabiq məhkəmə sədri öldürüldü
Tovuzda güllələnmə hadisəsi baş verib.
Rakus.az xəbər verir ki, rayonda vəkillik fəaliyyəti ilə məşğul olan Firudin Ələkbərli güllə yarası ilə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Firudin Ələkbərlini güllələməkdə şübhəli bilinən rayonun Yanıxlı kənd sakini, 1959-cu il təvəllüdlü Şəmiyev Əli Məhərrəm oğlu saxlanılıb.
F.Ələkbərli aldığı xəsarətdən xəstəxanada ölüb.
İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində törədilib. Hadisəni törədən Ə.Şəmiyev rayonda “Göl Əli” ləqəbi ilə tanınır.
Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
Əldə edilən məlumata görə, Firudin Ələkbərli 90-cı illərdə Tovuz rayon xalq məhkəməsinin sədri vəzifəsində çalışıb. O, 1995-ci ildə nöqsanlara görə tutduğu vəzifədən azad edilib. (apa.az)