Mədəni 08.06.2020 22:52

“Toyu təxirə salınan məşhurlar…” - FOTO

Koronavirus pandemiyasının Azərbaycanda da yayılması toyların qadağan olunması və bir sıra tədbirlərlə nəticələndi.

Rakus.az xəbər verir ki, illərdir subaylığın daşını atmaq, bir-birinə qovuşmaq üçün gün sayan məşhurlarımızın da toy arzuları məlum olmayan vaxta qədər ertələnməli oldu.

Koronavirusa görə toyu təxirə salınan məşhurların siyahısı belədir:

Aparıcı Cavid Gül bu ilin yanvarında Nərgiz adlı xanımla nişanlanıb. Ömrünün 35-ci yayında toy etmək istəyən Cavidə isə “Covid-19” mane olub. Onun toyunun yeni vaxtı isə hələ ki bəlli deyil.

Əməkdar artist Nüşabə Ələsgərlinin Diasporla İş üzrə Dövlət Komitəsində çalışan qızı Nigar ötən ilin dekabrında Türkiyə vətəndaşı Doğanla nişanlanmışdı. Onların da toyu yaya təsadüf edəcəkdi. Lakin cütlük hazırda pandemiyaya görə “gözləmə” rejimindədir.

Aktyorlar Əmrah Dadaşov və Asya Atakişiyevanın toy tarixi məlum idi. Bəh-bəhlə 1 iyunda dostlarını və qohumlarını şad gününə yığmaq istəyən nişanlılar bir az da gözləməli olacaqlar. Dediklərinə görə, toyları payız aylarına təsadüf edə bilər.

Manaf Ağayev ikinci oğlu Müşfiqi bu yay evləndirmək niyyətində idi. Lakin o da dəvət edəcəkləri qonaqlara başqa tarix demək məcburiyyətində qalacaq. Müğənninin oğlunun yeni toy tarixi məlum deyil. Amma sənətçi övladına apreldə ailə arasında nişan edib.

Müğənni Sevda Yahyayevaya 8 martda həkim Zakir Bayramov elçi gəlib. Amma onların nəinki toyu, hətta nişanları da təxirə düşüb. 17 martda nişanlanmağı düşünən adaxlılar yay ayları üçün də evlənməyi planlaşdırırdı. Pandemiya onlardan da yan keçmədi. Əməkdar artist Elza Seyidcahanın “onlayn toy” təklifinə “yox” deyən Sevdanın məclisinin yeni vaxtı sual altındadır.

Xalq artisti Mələkxanım Əyyubovanın rəssam qızı Nəzrinin toyu isə iki dəfə təxirə salınıb. Birinci dəfə aprel üçün nəzərdə tutulan mərasim, daha sonra iyunun 3-nə ertələnib. Lakin karantin dövrü uzadıldığından toy üçün yeni tarix müəyyənləşdirilməyib.

“Best model” yarışması ilə dünyada birincilik qazanan model Rüstəm Cəbrayılov bu ilin fevralında  nişan mərasimi etmişdi. O, toyunun apreldə gerçəkləşəciyini bildirsə də, bu mərasim də pandemiya səbəbindən qeyri-müəyyən vaxta ertələnib.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO