Tramp Çini yenə təhdid etdi
ABŞ Prezidenti Çin prezidentinin danışıqlara getmədiyi təqdirdə, o ölkənin 325 milyardlıq mallarına yeni tariflər tətbiq edəcəyi ilə hədələyib.
Rakus.az xəbər verir ki, CNBC agentliyinə müsahibəsi zamanı Donald Tramp deyib: “Bu ayın sonunda Yaponiyanın Osaka şəhərində Böyük İyirmiliyin sammiti çərçivəsində Çin Prezidenti Tsi Cinpinqlə görüşəcəyinə ümid edir. Düşünürəm o da gələcək və biz görüşəcəyik”.
Çin Vaşinqtonu ticarət danışıqlarının dalana dirənməsində “tək məsuliyyət” daşımaqda ittiham edərək, Pekinin prinsipial şəkildə geri çəkilməyəcəyini bildirib.
Çin ABŞ-ın danışıqlardan çəkildiyini və tariflərin iki ölkə arasındakı ticarət problemlərini həll etməyəcəyini deyib.
ABŞ prezidenti hələ də Çinin Amerika ilə yeni ticarət razılığı əldə edilməsini istədiyini və müzakirə edilmiş bəzi razılıqları qəbul etmədiyinə görə təəssüf hissi keçirə biləcəyini deyib.
Birləşmiş Ştatlar 200 milyard dollar dəyərindəki Çin idxallarına tarifi 10 faizdən 25 faizədək artırıb.
Çinin Maliyyə Nazirliyi iyun ayının 1-dən etibarən 5 faizlik tariflərin 25 faizə qaldırıb və bu, Çinə ixrac edilən 5140 məhsula şamil edilib.