Tramp demokratları “zəiflikdə” günahlandırdı
ABŞ Prezidenti Donad Tramp çərşənbə axşamı günü İran generalı Qasım Suleymaninin öldürülməsi qərarını müdafiə edib.
Rakus.az xəbər verir ki, Vinskonsin ştatında tərəfdarları ilə görüşən ABŞ dövlət başçısı demokratları milli təhlükəsizlik məsələlərində “zəif” olmaqda günahlandırıb.
Tramp bu görüşü prezidentliyə demokrat namizədlərin Ayova ştatındakı debatları gününə təyin edib.
Minlərlə tərəfdarı qarşıında çıxış edən prezident Demokratlar Partiyasının əsas namizədlərini kəskin tənqid atəşinə tutub.
Miluoki şəhərində danışan Tramp senator Berni Sandersdən söz açıb. “Berni və digər solçu radikallar nə öz ailələri, nə də vətənlərini müdafiə edə bilir – deyə, prezident bildirib.
Prezident eyni zamanda senatorun tərəfini də saxlayıb. Belə ki, Elizabet Uorren Sandersin ona ğzəl bir görüş zamanı qadının prezident seçilməsinin qeyri-mümkünlüyünü bildirib. Sanders deyilənləri inkar edib.
“Mən Berninin belə bir söz dediyinə inanmıram. Bu, onun toxunacağı mövzu deyil”, – prezident əlavə edib.
Donald Tramp Co Baydenlə bağlı bildirib ki, sabiq vitse-prezident coğrafiyada səhvlər edir. Bu yaxınlarda senator İran yerinə İraq demişdi. Prezident bildirib ki, Bayden artıq “sağalmayacaq”.
Viskonsində qələbə demokratların 2020-ci il seçkilərində əsas məqsədidir. Ötən il onlar məhz bu ştatda qurultay keçirmişdi.
2016-cı ildə Trampın qələbəsini də 23 min səs çoxluğu ilə bu ştat təmin etmişdi.
Prezidentlə bərabər görüşə qatılan vitse-prezident Mayk Pens demokrat namizədləri Viskonsiin üçün “hədsiz solçu” kimi qiymətləndirib.