Tramp impiçmentlə bağlı respublikaçılarla müzakirə etdi
ABŞ prezidenti Donald Tramp demokratların “öz siyasi hədəflərinə nail olmaq üçün Amerika xalqına təlqin etdikləri” hərəkətlərini telefon vasitəsilə partiyadaşları ilə müzakirə edib.
Rakus.az xəbər verir ki, bu barədə Ağ Evin nümayəndəsinin xəbərində deyilir.
“ABŞ prezidenti telefonla Nümayəndələr Palatasının respublikaçılarının konfransına qoşulub. Prezident demokratların 2016-cı il seçkilərin nəticələrinil ləğv etməyə yönələn cəhdlərini müzakirə edib”, – deyə xəbərdə bildirilir.
Prezident, Nümayəndələr Palatasında respublikaçı azlığın lideri Kevin Makkarti və əsas komitələrin başçısı vurğulayıblar ki, Nümayəndələr Palatasının spikeri Nensi Polesi və Kəşfiyyat üzrə komitə sədri Adam Şiff Amerika xalqını yanıldır, öz siyasi hədəflərinə nail olmaq üçün prosedurları pozurlar.