Tramp Lavrovla görüşdu
Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun görüşü baş tutub.
Rakus.az xəbər verir ki, Rusiyanın XİN rəhbəri jurnalistlərə açıqlama verməkdən imtina edib.
Görüşün 45-50 dəqiqə çəkdiyi bildirilir. S.Lavrov Ağ Evi yerli vaxtla saat 15:20-də (Bakı vaxtı ilə 00:20-də) tərk edib.
Xatırladaq ki, Rusiya xarici işlər naziri ABŞ dövlət katibi Maykl Pompeo ilə danışıqlar aparmaq üçün dekabrın 10-da Vaşinqtona gedib. Bu görüşün mümkünlüyü hələ dekabrın 9-da bildirlirdi. Prezidentin milli təhlükəsizlik üzrə müşaviri Robert O’Brien bunun “qarşılıqlı” bir məsələ olduğunu qeyd edib – belə ki, Rusiyaya səfəri zamanı Pompeo Rusiya prezidenti Vladimir Putin ilə görüşüb. Bundan əlavə, O’Brien Trump və Lavrovun silah nəzarətini müzakirə edəcəyini söyləyib.