Tramp Məhəmməd bin Salmanla görüşdü - VİDEO
ABŞ prezidenti Donald Trump və Səudiyyə Ərəbistanı Krallığının şahzadəsi Məhəmməd bin Salman “İranın artan təhlükəsi”ni müzakirə ediblər.
Rakus.az xəbər verir ki, Yaponiyanın Osaka şəhərində təşkil edilən G20 zirvəsi çərçivəsində reallaşan bu görüşü Ağ Evin sözçüsü Hogan Gidleyin “məhsuldar” adlandırıb.
“Səudiyyə Ərəbistanının Yaxın Şərq və qlobal neft bazarlarında sabitliyin təmin edilməsi, İranın artan təhlükəsi, iki ölkə arasında ticarət və investisiyaların artması və insan hüquqları məsələlərinin əhəmiyyəti ilə bağlı Səudiyyə Ərəbistanının kritik rolu müzakirə edilib”, – Gidley deyib.
Tramp çıxışında şahzadə ilə birlikdə olmağın “böyük şərəf” olduğunu söyləyərək, Riyadın “Amerika məhsullarının yaxşı alıcısı” olduğunu vurğulayıb.
Əvəzində Bin Salman Trampa təşəkkür edib və hər iki ölkə üçün təhlükəsizlik arzulayıb.
Tramp Cənubi Koreya-Şimali Koreya sərhədində Şimali Koreya lideri Kim Jong-un ilə görüşə biləcəyini və Huawei də daxil olmaqla Çin prezidenti Şi Cinping ilə bir sıra ticarət məsələlərini müzakirə edə biləcəyini söyləyib. “Əgər mən prezident olmasaydım, Şimali Koreya ilə müharibə ola bilərdi.” qiymətləndirməsi edib.
Tramp mətbuat sualları zamanı Qaşıqçı cinayəti ilə bağlı sualı cavablandırmaqdan imtina edib.
Xatırladaq ki, G-20 sammitinin ikinci günündə, Trump Çin prezidenti Şi Cinping ilə, sonda isə Rəcəb Tayyib Ərdoğanla görüşəcək.