Tramp özünü əfv etməyə hazırlaşır
ABŞ-ın hazırkı prezidenti Donald Tramp özünü əfvetmə imkanını müzakirə edib.
Rakus.az xəbər verir ki, bu barədə “New York Times” öz mənbələrinə istinadla məlumat verib.
Bildirilir ki, Tramp bir neçə həftə əvvəldən bu barədə düşünüb. O, prezident vəzifəsindən getdikdən sonra yeni hakimiyyət orqanlarının onu təqib etməyə çalışacağından narahatlığını ifadə edib.
Qəzetin yazdığına görə, bu günə qədər heç bir ABŞ prezidenti özünü əfv etməyib.
Əfvin qanuniliyi ədalət sistemində heç bir zaman sınaqdan keçirilmədiyi üçün bu məsələ hüquqşünaslar arasında fikir ayrılığına səbəb olub. Bununla belə, hamı birtərəfli qaydada razılaşır ki, özünü əfvetmə dövlət başçılarının özlərini qanundan yuxarı olduqlarını iddia etməsi və vəzifədə olarkən etdikləri hər hansı cinayətə görə məsuliyyətdən yayınmaları kimi təhlükəli yeni bir presedent yarada bilər.