Tramp qurultayın bir hissəsini ləğv edir
ABŞ Prezidenti Donald Tramp avqustun sonlarında Ceksonvill şəhərində (Florida ştatı) keçirilməsi planlaşdırılan respublikaçıların qurultayının bir hissəsini ləğv etmək qərarına gəldiyini bildirib.
Rakus.az xəbər verir ki, qurultayda Donald Trampın qarşıdakı seçkilərdə Respublikaçılar partiyasından ali dövlət postuna namizədliyinin irəli sürülüb-sürülmədiyi elan olunacaq.
Əvvəlcə qurultayın Şimali Karolina ştatında keçirilməsi planlaşdırılırdı. Sonra təşkilatçılar bütün kütləvi tədbirləri Floridaya keçirdi, lakin son zamanlar bu ştatda da koronavirusa yoluxma halları artmağa başladı.
Qurultayın rəsmi hissəsi məhdud sayda iştirakçı ilə Şimali Karolina ştatında keçiriləcək, kütləvi tədbirlər isə ümumiyyətlə olmayacaq. Prezident, həmçinin tərəfdarlarına canlı deyil, online rejimdə müraciət etmək istədiyini bildirib
Donald Tramp prezidentliyə namizədliyinin irəli sürülməsi üçün nümayəndələrin yetərincə səsini toplayıb.
ABŞ-da prezident seçkiləri noyabrın 3-nə təyin olunub.