ABŞ Prezidenti Donald Tramp rəqibi Co Baydenin seçkilərdə qələbəsi ilə bağlı medianın proqnozlarını tənqid edərək, səsvermə zamanı Konstitusiyanın pozulduğunu bildirib.
Rakus.az xəbər verir ki, Tramp “Twitter” səhifəsindı yazıb:
“Mütəmadi olaraq saxta xəbərlər verən media nə səbəbə Co Baydenin prezident olacağını düşünür, bizə isə 2020-ci il seçkilərində Ali Qanunumuzun nə qədər pis şəkildə pozulduğunu göstərməyimizə imkan vermir? Konstitusiyamız əvvəllər görünmədiyi qədər pozulub”.
Onun sözlərinə görə, bir çox müşahidəçi səs sayma yerlərindən qovulub, demokratlar isə milyonlarla bülleteni dəyişdirib.
“Konstitusiyamızın qorunmasında məsul olanlar səsvermə zamanı saxta nəticələrin qüvvədə olmasına imkan verə bilməzlər. Dünya bunu müşahidə edir”, – Tramp vurğulayıb.
Xatırladaq ki, Tramp bundan əvvəl prezident seçkilərinin Konstitusiyaya zidd xüsusiyyətlərinin nümayiş olunacağı “böyük məhkəmə prosesləri” barədə xəbərdarlıq etmişdi.