ABŞ Prezidenti Donald Tramp, əvvəllər Nyu-York meri olan şəxsi vəkili Rudi Culianinin koronavirusa yoluxduğunu açıqlayıb.
Rakus.az xəbər verir ki, bu barədə dövlət başçısı özünün “Twitter”də paylaşım edib.
Tramp bildirib ki, Culianinin “Çin virusu” testinin nəticəsi müsbət çıxıb. O, Nyu-York tarixinin ən yaxşı merinə tezliklə sağalmasını və ABŞ tarixinin ən vicdansız seçkilərini ifşa etmək üçün çalışmağa davam etməsini diləyib.