Tufan qopdu, 3 nəfər öldü
Ötən gün axşam saatlarında Avstriyanın bir sıra federal əyalətlərində güclü yağış, tufan və daşqınlar baş verib.
Rakus.az xəbər verir ki, Burqenland federal əyalətində güclü külək çox sayda ağacın aşmasına səbəb olub. Qüssinq rayonu ərazisində yol kənarındakı palıd ağaclarından biri yola aşıb və hərəkətdə olan mikroavtobusun üstünə düşüb. Nəticədə mikroavtobusda olan şəxslərdən üçü həlak olub.
Alp dağlarının şimal hissəsi və Aşağı Karintiya regionundan hərəkət edən soyuq hava kütləsi ölkənin qərbindən şərqinədək bir çox ərazilərdə güclü yağış, tufan və daşqına səbəb olub.
Nəticədə yanğınsöndürən və təcili yardım qüvvələrinə Ştiriya, Aşağı Avstriya və Burqenland federal əyalətlərində yüzlərlə çağırış daxil olub. Paytaxt Vyanada yağış fəsadlara səbəb olmasa da, şəhər meriyası ən yüksək xəbərdarlıq siqnalı elan edib.