Tünzalə-Rəqsanə qalmaqalı davam edir - VİDEO
Fransız yazıçısı Deni Didroya aid olan sözlərdə bunlar yer alıb:
“Xoş deyil kimsəni məzəmmət etmək,
Bilmədən, görmədən həqarət etmək.
“Yaxşılıq” təqdirəlayiq hərəkət,
Minnətsiz olması böyük məharət!
Allah da gizlidir, əsl mərhəmət,
Əməl sahibinə verilən qiymət.
Yalnız yaxşılıq etmək kifayət deyil,
Yaxşılığı incəliklə etmək də vacibdir”.
Tünzalə daha sonra paylaşımına Rəqsanə ilə bağlı yazılan şərhlərə bəyəni işarəsi qoyub.
Xatırladaq ki, Rəqsanə T.Ağayevanın ünvanına “15 min toydan pul alırsınız. Yarısını xalqa xərcləyin də. Hara aparacaqsınız, öləndə özünüzlə aparmayacaqsınız. Dövlət məmurlarının uşaqlarının toylarını oxuyurdunuz. “Xalq artisti” adını alıb şokolad mağazası açmaqla deyil. Tünzalə Ağayeva, şokoladı göndərirsiniz müğənnilərin evinə, reklam edirsiniz. Səni sevən xalqa kömək et. Bağlatdır o şokoladdan on qutu, göndər on yetimin evinə” sözlərini deyib. (Axşam.az)