Dünya 09.11.2020 19:16

Tural Gəncəliyev erməni əsilli Azərbaycan vətəndaşlarına müraciət etdi - VİDEO

Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri, millət vəkili Tural Gəncəliyev erməni əsilli Azərbaycan vətəndaşlarına müraciət edib:

Rakus.az xəbər verir ki, müraciətdə deyilir:

“Hörmətli erməni əsilli Azərbaycan vətəndaşları!

Bilirəm ki, mənim sizlərə etdiyim müraciətləri çox diqqətlə izləyirsiniz. Bu məni sevindirir. Sonuncu müraciətimi böyük sayda erməni vətəndaşlarımız izlədi və sizlərdən çoxlu sayda ruhlandırıcı mesajlar, müraciətlər almışam. Çox şadam ki, erməni sakinlərimiz arasında çox sayda sülh, birgə yaşayış tərəfdarı olan şəxslər var. Mənə göstərdiyiniz bu diqqətə görə sizlərə təşəkkür edirəm!

Mənə etdiyiniz müraciətlərdən aydın olur ki, tezliklə sülhün bərqərar olmasını gözləyirsiniz. Sizlər kimi, Azərbaycan Respublikasının bütün vətəndaşları ərazi bütövlüyümüzün bərpasını və həm erməni, həm də azərbaycanlıların birgə sülh şəraitində yaşamağa başlamasını gözləyirlər.

Köhnə günlər çox yaxşı xatirimdədir. Şuşada və Xankəndində küçələrdə erməni və azərbaycanlıların bir-birinə qarışan gülüş səslərini unutmamışıq. Ağacların altında, çayxanalarda nərd oynayan qocaları unutmamışıq. Parklarda, kafe və restoranlarda təmiz dağ havasında zövq alaraq gəzişən insanları unutmamışıq. İdman yarışlarında həm erməni, həm azərbaycanlı idmançıların birgə iştirakını unutmamışıq. Bir-birimizin sevincinə və kədərinə şərik olduğumuz günləri də unutmamışıq. Bilirəm ki, sizlər də unutmamısınız. Biz yenidən mehriban qonşular kimi yaşayacağıq. Erməni və azərbaycanlı uşaqlar yenidən birlikdə bağçaya, məktəbə gedəcəklər. Uşaqlar qarışıq komandalara bölünüb, məhəllələrdə futbol oynayacaqlar. Həmin günləri yenidən bərpa etmək üçün bizim yeganə yolumuz Azərbaycan Respublikasının qanunları çərçivəsində birgə yaşamağımızdır.

Bir daha sizlərdən xahiş edirəm ki, döyüşlərin getdiyi bölgələrdən uzaq durun! Hər bir insan həyatı bizim üçün dəyərlidir. Sizin gələcəyinizin, təhlükəsizliyinizin təminatçısı olan Azərbaycan əsgərinə silah qaldırmayın. Azərbaycan əsgərləri humanistdir. Sadəcə onlara güvənin. Onlar sizə toxunmayacaqlar. Azərbaycan Silahlı Qüvvələri mülki insanlara lazımi humanitar, tibbi dəstəyi göstərməyə hazırdır.

Orduda xidmət edən övladlarınız varsa, onları geri çəkin. Çalışaq ki, bu münaqişə tez bir zamanda, minimum itkilərlə başa çatsın və sülh bərqərar olsun. Elə olduqda, biz – Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı sakinləri tez bir zamanda keçmişdə olduğu kimi, sülh şəraitində birgəyaşayışa nail olacağıq.

Sizi əmin edirəm ki, Şuşadakı Qazançı kilsəsi və digər mədəniyyət abidələri bərpa ediləcək. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qeyd edildiyi kimi, bizim erməni xalqı ilə heç bir işimiz yoxdur. Bu müharibə sizin də əziyyət çəkdiyiniz Ermənistanın korrupsioner hərbi-siyasi rəhbərliyinə və qondarma kriminal xunta rejiminə qarşı aparılır.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO