Müsahibə 03.06.2025 19:07

“Türk Dövlətləri Təşkilatı gələcəkdə hərbi ittifaqa çevrilə bilər” - FOTO - VİDEO

Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində rus dilində növbəti buraxılış hazırlanıb.

Rakus.az xəbər verir ki, aparıcı Ellada Sarvanın qonağı beynəlxalq məsələlər üzrə ekspert Emil Həsənov olub.

O, bu il mayın 28-də Laçında Azərbaycam, Türkiyə və Pakistan dövlət başçılarının üçtərəfli görüşü, Türk Dövlətləri Təşkilatının Macarıstan görüşü barədə danışıb, Ermənistanın Baş naziri Nikol Paşinyanın “Yerevan Dialoqu” beynəlxalq forumunda səsləndirdiyi  fikirlərə münasibət bildirib: “Laçında danışıqlar prosesinin konteksti yeni siyasi-iqtisadi və hərbi ittifaqın yaranması ilə bağlıdır. Türk Dövlətləri Təşkilatı gələcəkdə hərbi ittifaqa çevrilə bilər. Qafqazda üç respublika öz “Sülh Oazisi”ni yarada biləcək. Üçüncü tərəflər olmadan Azərbaycan və Ermənistan arasında sülh məsələsi daha əlverişli əsaslarla həll oluna bilər. Ermənistan xalqı sülh sazişi imzalamağa hazırdırmı? Ermənistan başa düşür ki, uzunmüddətli müharibə heç nəyə gətirib çıxarmayacaq”.

Onun sözlərinə görə, Paşinyan Ermənistanın ərazi iddialarını aradan qaldırmaq üçün Konstitusiyasında dəyişiklik etməyə və sülh prosesindəki mövcud problemlərin həllinə gec-tez hazır olacaq: “Rəsmi Bakının sülh müqaviləsinin imzalanması üçün Ermənistan Konstitusiyasının dəyişdirilməsini və kommunikasiyaların açılmasını tələb etməsi reallığı əks etdirir”.

Beynəlxalq məsələlər üzrə ekspert ATƏT-in Minsk qrupunun ləğvi, və Rusiya-Ukrayna müharibəsindən də söz açıb: “ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk qrupunun ləğvi təbiidir. Çünki bu qurum artıq işləmir və fəaliyyəti dövründə münaqişənin uğurlu həllinə nail ola bilmədi. Yaxın aylarda Rusiya-Ukrayna müharibəsinin həlli mümkün görünmür. Buna səbəb Rusiya və Avropanın bir-birinə olan inamın itməsidir”.

E.Həsənov bu günlərdə Türkiyədə Qərbi Azərbaycan mövzusunda tədbir keçirildiyini, bu məsələnin beynəlxalq səviyyədə müzakirəsinin müsbət nəticəni doğuracağını vurğulayıb: “Beynəlxalq səviyyədə “Qərbi Azərbaycan” mövzusunda hər il keçirilən tədbirlər öz təsirini göstərəcək”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Müsahibə iyunun 3-də saat 18:30-da Youtube kanalında və saat 19:30-da Baku Tv-nin efirində rus dilində yayımlanıb.

xxx

«Организация тюркских стран в будущем может превратиться в военный альянс» 

Сегодня на Бакинском ТВ в рамках проекта «Хроника Западного Азербайджана» подготовлен очередной выпуск на русском языке.

Rakus.az сообщает, что гостем ведущей Эллады Сарван был эксперт по международным вопросам Эмиль Гасанов. Он рассказал о трехсторонней встрече глав государств Азербайджана, Турции и Пакистана в Лачине 28 мая этого года, а также о заседании Организации тюркских государств в Венгрии и прокомментировал мнение, высказанное премьер-министром Армении Николом Пашиняном на международном форуме «Иреванский диалог»: «Контекст переговорного процесса в Лачине связан с зарождением нового политико-экономического и военного альянса. Организация тюркских стран в будущем может превратиться в военный альянс. Три республики на Кавказе смогут создать свой «Оазис мира». Вопрос мира между Азербайджаном и Арменией может быть решён на более выгодных условиях без третьих сторон. Готов ли армянский народ подписать мирное соглашение? Армения понимает, что долгосрочная война ни к чему не приведёт».

По его словам, Пашинян рано или поздно будет готов внести поправки в Конституцию, чтобы устранить территориальные претензии Армении и решить имеющиеся проблемы в мирном процессе: «То, что официальный Баку требует внести изменения в Конституцию Армении и открыть коммуникации для подписания мирного соглашения, отражает реальность». Эксперт по международным вопросам также высказался об упразднении Минской группы ОБСЕ и о российско-украинской войне: «Упразднение устаревшей и недееспособной Минской группы ОБСЕ закономерно. Потому что эта организация уже не функционирует и за время своего существования не смогла добиться успешного разрешения конфликта. Разрешение российско-украинской войны в ближайшие месяцы не представляется возможным. Причина этого — потеря доверия между Россией и Европой друг к другу». Э. Гасанов подчеркнул, что недавно в Турции прошло мероприятие на тему Западного Азербайджана, и обсуждение этого вопроса на международном уровне даст положительные результаты: «Ежегодные мероприятия на тему «Западный Азербайджан» на международном уровне дадут эффект».

Напомним, что целью проекта «Хроника Западного Азербайджана» является сохранение и популяризация названий наших исторических и древних земель, и предоставление информации о депортации азербайджанцев  армянами, о стертых названиях топонимов, существовавших на этих территориях, о бесчисленных образцах материальной культуры – древних поселениях, некрополей, курганов, остатков замков, дворцов и укреплений, караван-сараев, мостов, гробниц-саркофагов, хачкаров, каменных изваяний лошадей и баранов, храмов, церквей, мечетей, святых очагов, а также информирование мировой общественности о фактах, подтверждающих, что эта территория является чисто тюркско-огузским поселением.

Также придерживаясь мнения Президента Ильхама Алиева о Западном Азербайджане: “Карта начала XX века еще раз показывает, что Западный Азербайджан — это историческая земля Азербайджана, названия городов и сел имеют азербайджанское происхождение, и мы прекрасно знаем, что азербайджанский народ на протяжении всей истории проживал на территории нынешней Армении. Сейчас главная задача – донести это до мировой общественности”, содействовать решению задач, вытекающих из “Концепции возвращения”, подготовленной Общиной Западного Азербайджана.

Кроме того, данный проект призван осветить мысли историков и исследователей о Западном Азербайджане и истории жизни людей, подвергшихся депортации.

Передача вышла в эфир 3 июня в 18:30 на YouTube-канале Baku TV и в 19:30 на телеканале Baku TV.

XƏBƏR LENTİ
Müsahibə, Siyasi / 03.06.2025 19:07
“Türk Dövlətləri Təşkilatı gələcəkdə hərbi ittifaqa çevrilə bilər” - FOTO - VİDEO
Siyasi, Sosial / 03.06.2025 14:31
“Türkmənçay”ın qurbanı olan kənd – ANONS
Siyasi / 03.06.2025 13:31
Qafqazda “Sülh Oazisi”i yarana bilər – ANONS
Video müsahibə / 02.06.2025 22:10
“Türkiyədə Qərbi Azərbaycan məsələsinə ikili münasibət var” - VİDEO
Elm və təhsil, Mədəni / 31.05.2025 22:46
“Dədə Qorqud qoca yox, çox cavan şəxs olub” - VİDEO
Siyasi, Sosial / 30.05.2025 22:20
“Biz evi ermənilərlə dəyişmədik, satmadıq və halallıq vermədik” - FOTO - VİDEO
Mədəni, Sosial / 30.05.2025 13:22
“Ermənilərə halallıq vermədik” – Elməddin Cəfərovun “Həyat hekayəsi” – ANONS - VİDEO
Təhlil / 29.05.2025 22:49
“Poqosyan: “Əsas plan Qərbi Azərbaycan muxtar vilayətinin yaradılmasıdır”
Siyasi / 29.05.2025 14:57
Bakının İrəvandan tələbi … – ANONS
Mədəni / 28.05.2025 22:15
“Ermənilərin Qərbi Azərbaycanda saxta arxeoloji əməliyyatları” - VİDEO
Mədəni / 28.05.2025 14:09
Protürklər Qərbi Azərbaycanda yaşayıb – ANONS - VİDEO
Gündəm / 28.05.2025 00:02
Azərbaycanda Müstəqillik Günü qeyd olunur
Siyasi, Sosial / 27.05.2025 22:49
Aşağı Ağbaş, Aşağı Ağdan, Aşağı Ağ Körpü, Aşağı Ağcaqala – türk tarixinin izi - FOTO - VİDEO
Elm və təhsil, Müsahibə / 27.05.2025 18:30
“Ermənilər Qafqazda imperiya siyasəti nəticəsində meydana çıxdı” - VİDEO
Sosial / 27.05.2025 14:42
Çarın türk yurdunda erməni əməliyyatı – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə / 27.05.2025 13:22
Qərb erməni yalanlarına inanmışdı – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə / 26.05.2025 22:50
“Naxçıvana pənah gətirən soydaşlarımıza Afiyəddin Cəlilov böyük dəstək oldu” - VİDEO
Elm və təhsil / 24.05.2025 22:48
“Tanrı ilə əlaqə quran şəxs Kam adlanır” - VİDEO
Siyasi, Sosial / 23.05.2025 22:17
“Ermənilər maşınlarında həmişə avtomat və patron gəzdirirdilər” - FOTO - VİDEO
Sosial / 23.05.2025 13:22
“40 ildir kəndim üçün darıxıram” – Mübariz Qənbərovun “Həyat Hekayəsi” - VİDEO
Sosial / 23.05.2025 11:49
Hümbət Hüseynov: “Şəffaflıq baxımından bildirişlərinin elektron qaydada verilməsi zəruridir”
Siyasi, Təhlil / 22.05.2025 22:56
Göyçə, Zəngəzur və Tavuşun əhalisi 41,5 min azalıb - VİDEO
Siyasi / 22.05.2025 13:50
Ermənistan boşaldılır – ANONS - VİDEO
Siyasi / 21.05.2025 22:31
“Kreml onların boyunlarından tutub Azərbaycana təhvil verdi ki, orada namaz qılsınlar” - VİDEO
Siyasi / 21.05.2025 14:22
Ermənistan avaralar ölkəsinə çevrilib – ANONS - VİDEO
Siyasi, Sosial / 20.05.2025 22:32
Açıxlı, Acıbac, Acılu – türk tarixinin izi - VİDEO