Elm və təhsil 11.06.2025 23:10

“Türk mədəniyyətinin izləri Qafqazda 6 min ildir var” - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Orta Tunç dövründə türklər Qafqazdan Altaya doğru köçüblər” adlı veriliş hazırlanıb.

Rakus.az xəbər verir ki, verilişdə tarix elmləri doktoru, professor  Abbas Seyidov qədim türklərin tarixi və mədəniyyətinin izlərindən danışıb.

O bildirib ki, türklər Ural-Altaydan Qafqaza gəlməyiblər, buradan ora köçüblər. Orta Tunç dövründə türklər Qafqazdan Altaya doğru köçüblər. Türklərin bir qismi 2000 il sonra geri, Qafqaza qayıdıblar. VII-VIII əsrdə Ata yurdlarına qayıdan ilk türklər Kimmerlər, Skiflər, Saklar olublar. Türklər qayıdanda artıq Qafqazda Urartu, Manna dövlətləri mövcud idi. Türk tayfaları yerli dövlətlərin formalaşmasında iştirak ediblər.

Onun sözlərinə görə, altun adam məzarında qab üzərindəki yazı türk tarixini dəyişdirib: “Özbəkistanda tapılan pulların üzərində ən qədim türk yazısı var. Özbəkistanda tapılan türk yazılı VI əsrə aid sikkə türk tarixini tamam dəyişdirib”.

A.Seyidov deyib ki, türk dünyasında Ural-Altay nəzəriyyəsi sıradan çıxıb: “Türkiyə ərazisində protürklərə aid xeyli sayda maddi sübut tapılıb. Türk mədəniyyətinin izləri Qafqazda 6 min ildir var. Ən yaxşı qonaqlara atın balasının dayçanı da kəsərdilər. Qərbi Azərbaycanda 6 min illik kurqanlardakı dəfn adəti türk qaydası ilə aparılıb. Tarixi dəyişəcək ən qədim türk yazısı tapılıb”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş iyunun 11-də saat 20:30-da Baku TV-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Elm və təhsil / 11.06.2025 23:10
“Türk mədəniyyətinin izləri Qafqazda 6 min ildir var” - VİDEO
Elm və təhsil / 11.06.2025 13:22
Türk tarixini dəyişdirən sikkə – ANONS - VİDEO
Mədəni / 11.06.2025 12:44
Bəstəkar Ruhin İsmayılov Londonda “Böyük Mükafat”a layiq görülüb - FOTO - VİDEO
Siyasi, Sosial / 10.06.2025 22:33
Aşağı Axtala, Aşağı Bədili, Aşağı Qanlıca – türk tarixinin izi - VİDEO
Siyasi, Video müsahibə / 10.06.2025 19:59
“Ermənilərin fikri: “Azərbaycanlıların qayıdışı erməni dövlətçiliyinin sonudur” - VİDEO
Sosial / 10.06.2025 14:35
Yunanların yerləşdirildiyi türk yurdu – ANONS - VİDEO
Siyasi, Video müsahibə / 10.06.2025 13:22
“İrəvanda daxili siyasi gərginlik artır” – ANONS - VİDEO
Müsahibə, Mətbuat / 09.06.2025 22:28
“Göyçəni görmək, oradan reportaj hazırlamaq istəyirəm” - VİDEO
Gündəm / 06.06.2025 00:01
Azərbaycanda Qurban bayramı qeyd olunur
Siyasi, Təhlil / 05.06.2025 22:29
“Paşinyan seçkilərdə əlavə 10 faiz səsi Qərbi Azərbaycanlılardan toplamağa çalışır?“ - VİDEO
Siyasi, Təhlil / 05.06.2025 14:21
Alen Simonyanın iddiası: “Azərbaycanlılar qayıdır” – ANONS
Hərbi, Sosial / 05.06.2025 00:02
Susuzluq kəndi şəhidləri xatirə lövhəsində yaşadır - FOTO
Elm və təhsil / 04.06.2025 22:34
“Prototürklər Qafqazda əsas tayfalar olmuşdular” - VİDEO
Mətbuat, Sosial / 04.06.2025 20:20
Məhərrəmin qol saatı - FOTO
Elm və təhsil / 04.06.2025 15:32
Rusiyanın tatarlaşdırmaq siyasətinin mahiyyəti – ANONS
Gündəm, Mətbuat / 04.06.2025 14:47
Məhərrəm İbrahimovun məzarı 4-cü ildönümündə ziyarət edilib - FOTO
Gündəm, Hərbi / 04.06.2025 00:01
Susuzluq faciəsi – Şəhid jurnalistlərin minaya düşməsindən 4 il ötür - FOTO - VİDEO
Siyasi, Sosial / 03.06.2025 22:19
Aşağı Adyaman, Aşağı Altuntaxt, Aşağı Alçalı və Aşağı Axta – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 03.06.2025 19:07
“Türk Dövlətləri Təşkilatı gələcəkdə hərbi ittifaqa çevrilə bilər” - FOTO - VİDEO
Siyasi, Sosial / 03.06.2025 14:31
“Türkmənçay”ın qurbanı olan kənd – ANONS - VİDEO
Siyasi / 03.06.2025 13:31
Qafqazda “Sülh Oazisi”i yarana bilər – ANONS - VİDEO
Video müsahibə / 02.06.2025 22:10
“Türkiyədə Qərbi Azərbaycan məsələsinə ikili münasibət var” - VİDEO
Elm və təhsil, Mədəni / 31.05.2025 22:46
“Dədə Qorqud qoca yox, çox cavan şəxs olub” - VİDEO
Siyasi, Sosial / 30.05.2025 22:20
“Biz evi ermənilərlə dəyişmədik, satmadıq və halallıq vermədik” - FOTO - VİDEO
Mədəni, Sosial / 30.05.2025 13:22
“Ermənilərə halallıq vermədik” – Elməddin Cəfərovun “Həyat hekayəsi” – ANONS - VİDEO
Təhlil / 29.05.2025 22:49
“Poqosyan: “Əsas plan Qərbi Azərbaycan muxtar vilayətinin yaradılmasıdır”