Dünya 10.10.2019 08:33

Türk ordusu terrorçuların 181 sığınacağını məhv etdi

Türk Silahlı Qüvvələri tərəfindən oktyabrın 9-da yerli vaxtla saat 16.00-da Suriya ərazisində başladılan “Sülh çeşməsi” (Barış pınarı) antiterror əməliyyatı nəticəsində Suriyanın Telabyad, Rasulayn və Zormağar bölgələrində yerləşən sığınacaqlara dörd istiqamətdən hücum olub.

Rakus.az xəbər verir ki,  eyni anda bölgədə yerləşən Ayn İsa rayonunun ətrafındakı Aluk, Mustel, Esadiye, Fender ve Huşan kəndlərində PKK/YPG terror təşkilatlarına aid sığınacaqlar hədəfə alınıb.

Türkiyənin Milli Müdafiə Nazirliyindən verilən son məlumata görə, artıq 181 hədəf hərbi təyyarə və artilleriya ilə vurulub. Bu istiqamətdə atışlara cavab olaraq bölgədə terrorçular tərəfindən silah səsləri eşidilir. Axşam saatlarında bölgədə atışma səsləri daha da intensivləşib.

Türk hərbi təyyarələrinin görmə məsafəsini azaltmaq məqsədilə terrorçular tərəfindən ərazidə rezin təkərlər yandırılır.

Türkiyənin Mardin şəhərinə bağlı Nusaybin rayonuna Suriyanın şimalında yerləşən Qamışlı şəhərindən 9 raket mərmisi atılıb. Raketlərin çoxu boş ərazilərə, üçü isə yaşayış bölgələrinə düşüb. Hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılar bölgədəki dövlət xəstəxanasına yerləşdirilib.

Türkiyənin sərhəd bölgələrinin bəzi ərazilərində əhaliyə bayıra çıxmamaları ilə bağlı xəbərdarlıq edilib.

Başladılan əməliyyat əsnasında bölgədəki bələdiyyə binalarına aid səs gücləndiricilərdə Mehtər Marşı və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səsindən “Dua” adlı şeir səsləndirilib.

Türk Silahlı Qüvvələri tərəfindən başladılan əməliyyatda ən son model hərbi texnikadan istifadə olunur.

“Seyit onbaşı” adlandırılan “Poyraz” ötürmə sistemi və “KİRPİ-2” zirehli maşınları vasitəsilə atışma bölgəsinə sürətli silah-sursat ötürülür.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO