Dünya 15.10.2019 16:55

Türkdilli dövlətlərin tarixində yeni səhifə – Deputat

“Bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirilir. Zirvə Görüşü sülhün, sabitliyin və regionda təhlükəsizliyin təmin olunmasına xidmət etməklə yanaşı Türkdilli ölkələrin birliyini və sarsılmaz ittifaqını bir daha nümayiş etdirir. Bakıda Azərbaycanın ev sahibliyi ilə Şuranın VII Zirvə görüşünün Azərbaycanda keçirilməsi isə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin regionda və dünyada etibarlı tərəfdaş olduğunun sübutudur”.

Rakus.az xəbər verir ki, bunu millət vəkili Naqif Həmzəyev deyib.

Bildirib ki, 2009-cu il oktyabr ayının 3-də Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentləri tərəfindən imzalanan Naxçıvan Sazişi ilə qurulan Türk Şurasının əsas məqsədi Türkdilli ölkələr arasında mədəni, siyasi, iqtisadi, nəqliyyat, təhlükəsizlik, hüquqi sahədə əməkdaşlığı regional və qlobal müstəvidə genişlətmək və mümkün olduğu qədər inteqrasiyanı dərinləşdirmək olub. Fəaliyyətə başladığı gündən keçən 10 il ərzində kökü, soyu, dili bir Asiyadan Avropaya qədər böyük bir regionda yerləşən türkdilli dövlətlər arasında siyasi, iqtisadi, ticarət, energetika, nəqliyyat, humanitar sahələrdə əməkdaşlıq yüksək səviyyəyə çatıb, uğurlu nəticələr əldə edilib.

Türk Şurası ilə əlaqələrin dərinləşdirilməsi və genişləndirilməsi Azərbaycan xarici siyasətinin də prioritet istiqamətlərindəndir. Siyasi çoxqütblülük, iqtisadi, mədəni və informasiya proseslərinin qlobal inkişafı şəraitində xalqlarımızın mənafeyinin müdafiəsində, regionda sülhün möhkəmləndirməsində, təhlükəsizlik və sabitliyin təmin edilməsində mühüm rol oynayan Türkdilli dövlətlərin məhz Bakıda bir araya gəlməsi təbii ki, ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir. Əminliklə demək olar ki, VII Zirvə Görüşü çərçivəsində qəbul edilən qərarlar, müzakirələr türkdilli dövlətlər arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında yeni bir səhifə açacaq.

 

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO