Dünya 17.05.2019 13:03

Türkdilli Dövlətlərin Palatası yaradıldı - FOTO

 

 

Bugün Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Türkdilli Dövlətlərin Sənaye və Ticarət Palatasının (TTSP) Əsasnaməsinin imzalanma mərasimi keçirildi. Tədbirdə Azərbaycanı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi səfir Bağdat Amreyevin dəvətinə uyğun olaraq Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti cənab Məmməd Musayev təmsil edir.

Rakus.az xəbər verir ki, imzalanma mərasimində ASK-nın nümayəndə heyəti ilə yanaşı, Qazaxıstanın baş naziri Askar Mamin, Milli İqtisadiyyat naziri Ruslan Dalenov, “Atameken” Qazaxıstan Milli Sahibkarlar Konfederasiyasının İdarə heyətinin sədri Ablay Myrzahmedov, Türkiyə Odalar və Borsalar Birliyinin (TOBB) prezidenti Rifat Hısarcıklıoğlu, Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov və digər rəsmi qonaqlar da iştirak edib.

Türkdilli Dövlətlərin Sənaye və Ticarət Palatasında Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Qazaxıstan Respublikası Sahibkarlar Milli Palatası (QRSMP), Qırğız Respublikası Ticarət və Sənaye Palatası (QRTSP), Türkiyə Palatalar və Birjalar Birliyi(TƏMPB), Türkmənistan Respublikası Ticarət və Sənaye Palatası (TSP Türkmənistan), Özbəkistan Ticarət və Sənaye Palatası təmsil olunurlar.

Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının məqsədi Türkdilli dövlətlərin biznes sektorundakı əməkdaşlığı inkişaf etdirmək və bununla iqtisadi inteqrasiyaya, iqtisadi və ictimai inkişafa nail olmaqdır.

Beləliklə, Türkdilli dövlətlərin əməkdaşlıq Şurasının üzv dövlətlərinin bəyannaməsi əsasında Almatada, Bişkekdə, Qəbələdə, Bodrumda, Astanada və Cholpon Ata-da Türkdilli dövlətlər arasında keçirilən zirvə görüşlərinin təşkil olunması qərara alınıb.

Türkdilli dövlətlərin iqtisadiyyatlarının bir-birini tamamlaması faktoru, üzv dövlətlərin biznes icmaları arasında iqtisadi əlaqələrin gücləndirilməsi və türkdilli dövlətlər arasında iqtisadi əlaqələrin inkişafı etdirilməsi əsas hədəflərdəndir.

Qurumun vəzifələri arasında üzv ölkələrin mal və xidmətlərin mübadiləsinə mane olan amilləri, o cümlədən nəqliyyat problemlərini aradan qaldırmaqla, bölgədə ticarətin asanlaşdırılmasını təmin etmək, xarici investisiya yatırımlarının artırılması məqsədilə investisiya mühitinin inkişafına kömək göstərmək və türkdilli dövlətlərin şirkətləri arasında yarana biləcək ticari mübahisələrin həllində yardımlaşma istiqamətləri də var.

Türkdilli Dövlətlərin Sənaye və Ticarət Palatası eyni zamanda Türk Şurası Sammiti müddətində dövlət rəhbərlərinin İqtisadi Şurasının verdiyi təlimatları yerinə yetirmək funksiyası daşıyır.

Xatırladaq ki, Türkdilli Dövlətlərin Sənaye və Ticarət Palatasının yaradılması barədə razılıq 14 dekabr 2018-ci il tarixində Özbəkistanın paytaxtı Daşkənd şəhərində Türkdilli Dövlətlərin Biznes Şurasının rəsmi görüşü zamanı əldə olunmuşdu.

 

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO