Türkiyə 42 əyalətdə maskalardan istifadəni icbari edir
Türkiyə COVİD-19-a yoluxma hallarının kəskin artması ilə daha 5 əyalətdə maskalardan istifadəni məcburi elan edib.
Rakus.az xəbər verir ki, səhiyyə naziri Fəxrəddin Qoca çərşənbə axşamı tvit paylaşaraq maskadan istifadənin Türkiyənin 81 əyalətinin 42-də icbari olduğunu bildirib.
Digər əyalətlərdə sakinlərdən ictimai nəqliyyatda, alış-veriş yerlərində və iri ticarət mərkəzlərində maska geyinmələri tələb olunur və başqa yerlərdə maskalar taxmaq və sosial məsafə saxlamağı davam etdirmək tövsiyə olunur.
“Virusla maskasız mübarizə apara bilmərik” – deyə, F.Qoca öz twitter səhifəsində yazıb.
Hökumət iyunun əvvəlindən kafe, restoran, idman zalı, park, çimərlik və muzeylərin yenidən açılmasına icazə verildiyi, şəhərlərarası səyahət məhdudiyyətlərini qaldırdığı, yaşlılar və gənclər üçün evdə oturma qaydalarını asanlaşdırdıqdan sonra Türkiyədə gündəlik yoluxma hallarında artım müşahidə olunub.
Gündəlik infeksiyaların sayı əvvəllər 800-900 ətrafında olduğu halda, son beş gündə bu göstəricilər 1 500-dən yuxarıdır. Ölkədə ümumilikdə 179 831 yoluxma və 4 825 ölüm halı qeydə alınıb.
Türkiyənin elmi məsləhət orqanının üzvü Pınar Oqtay bəzi təcrid tədbirlərinin bərpasının mümkünlüyündən danışıb.
“Artım çox diqqətlə izlənilir” – deyə, Oktay HaberTürk xəbər kanalına bildirib. “Artım bu şəkildə davam etsə, bəzi tədbirləri qaytarmalı ola bilərik” – deyə, o əlavə edib.
Şərqi Ərdahan əyalətində səyahət məhdudiyyətləri qaldırıldıqdan və digər bölgələrdən səfərlər artdığına görə infeksiyaların sayı 3-dən 18-ə yüksəlib.
Hürriyət qəzeti xəbər verir ki, Konyanın mərkəzi əyalətindəki bir kənddəki dəfn mərasimindən sonra 22 nəfər yoluxma ilə karantinə alınıb.