Dünya 02.12.2020 09:00

Türkiyə COVID-19 peyvəndinin tətbiqinə başlayır

Dekabrda Türkiyəyə ən az 10, böyük ehtimalla isə təxminən 20 milyon doza Çin istehsalı peyvənd gətiriləcək. Bu rəqəm yanvarda 20 milyon, fevralda isə 10 milyon təşkil edəcək. Ölkə əhalisinin peyvəndlənməsi prosesinin dekabrın 11-dən etibarən başlanılması planlaşdırılır. Peyvəndin ilk növbədə səhiyyə işçilərinə, sonra isə risk qruplarına daxil olanlara tətbiqi nəzərdə tutulur.

Rakus.az xəbər verir ki, bu fikirləri Türkiyənin səhiyyə naziri Fahrettin Koca ölkədə COVID-19 peyvəndinin tətbiqi ilə bağlı açıqlamasında bildirib.

Yerli peyvəndin aprel ayından etibarən aktiv şəkildə tətbiqinin nəzərdə tutulduğunu deyən nazir deyib:

“COVID-19 peyvəndi ilə bağlı ilkin anlaşmalar əldə edilib. Bu razılaşmalara əsasən dekabr-fevral ayları ərzində Çin istehsalı olan “Sinovac” peyvəndinin 50 milyon dozasının mərhələli şəkildə Türkiyəyə gətirilməsi planlaşdırılır.

Hazırda elmi şurada vətəndaşların peyvəndlənməsi prosesinin aparılması, peyvəndin əvvəlcə kimlərə vurulacağı ilə bağlı müzakirələr aparılır.

Türk professorlar Uğur Şahin və Özlem Türeci tərəfindən qurulan Almaniyanın “BioNTech” və ABŞ-ın “Pfizer” şirkətlərinin ortaq hazırladıqları COVID-19 peyvəndinin də ölkəmizə idxalı ilə bağlı danışıqlar aparılır. Danışıqlar müsbət nəticə verəcəyi təqdirdə bu peyvəndin dekabr ayında 1, sonra isə 25 milyon dozasının Türkiyəyə gətirilməsi planlaşdırılır. Belə olacağı təqdirdə ümumilikdə 75 milyon doza COVID-19 peyvəndinin ölkəmizə gətirilməsi nəzərdə tutulur”.

XƏBƏR LENTİ
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO