Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanın düşmən işğalından azad olunan əraziləri barədə paylaşım edib.
Rakus.az xəbər verir ki, nazirliyin “Twitter” hesabından edilən paylaşımda qeyd edilir:
“Azərbaycan Silahlı Qüvvətlərinin işğal altındakı torpaqlarını xilas etmək üçün başlatdığı hərəkatda bu günə qədər Cəbrayıl şəhəri, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Mehdili, Aşağı Maralyan, Kuycak, Kənd Horadiz, Çaxırlı, Böyük Mərcanlı, Şəybəy, Talış, Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu, Cəfərabad, Suqovuşan və Papı kəndləri də daxil olmaqla 22 ərazi işğaldan azad edilib”.