Türkiyə Milli Müdafiə Nazirliyi Ermənistan hərbi birləşmələrinin Gəncəyə terror hücumu barədə “Twitter” hesabında paylaşım edib.
Rakus.az xəbər verir ki, paylaşımda deyilir:
“Hərbi cinayət və insanlığa qarşı cinayətlər törədən Ermənistan indi də atəşkəsi pozur. Ermənistan atəşkəsdə belə mülki yaşayış məntəqələrinə hücumlarını davam etdirir. Beynəlxalq ictimaiyyət Ermənistana qarşı səsini yüksəltməlidir”.
Paylaşımda Gəncənin barbar hücumlardan sonrakı görüntüləri də qeyd olunub.