Türkiyənin Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs rejimini kobudcasına pozaraq, yenidən Gəncə şəhərini raket atəşinə tutması ilə bağlı rəsmi “Twitter”də paylaşım edib.
Rakus.az xəbər verir ki, pylaşımda deyilir:
“Cəbhə xəttində qəhrəman Azərbaycan ordusunun qarşısından qaçan Ermənistan bir daha namərdcəsinə və qorxaqcasına Gəncədə mülki yaşayış yerlərini raketlə vurdu. Qardaş Azərbaycan bu alçaqlığa cavabı cəbhədə verir”.