Türkiyə “S-400″dən imtina edəcəkmi?
Suriyanın şimalında Türkiyə ordusunun İdlibdə 33 hərbçisinin həlak olması ilə nəticələnən güclü hava zərbələrinin ardınca ABŞ Ankaranı “S-400” zenit-raket komplekslərindən imtina etməyə çağırıb.
Rakus.az xəbər verir ki, bu barədə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Beyli Hatçison bəyan edib.
O, Vaşinqtonun Ankaranın keçmişdə və gələcəkdəki müttəfiqi olaraq qaldığını bildirib və ümid edib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan indi kimin daha etibarlı müttəfiq olduğunu, kimin olmadığını başa düşür: “Onlar görürlər ki, Rusiya nədir. Onlar görürlər ki, Rusiya indi nələr edir”.
Bundan əvvəl Dövlət Departamenti Suriyadakı vəziyyətlə bağlı bəyanatla çıxış edərək Türkiyəyə dəstək ifadə edib, Əsəd rejimi qüvvələrinin hücumlarının dərhal dayandırılmasına çağırıb.