Türkiyə sona qədər Azərbaycanın yanındadır – RƏSMİ MÖVQE
Ermənistan elan edilən atəşkəsə baxmayaraq, müharibə cinayətləri törədir.
Rakus.az xəbər verir ki, bunu Ermənistanın Gəncə şəhərində mülki əhalinin yaşadığı məhəlləni raket atəşinə tutmasına münasibət bildirən Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın “Twitter” sıhifəsində yazıb.
“Ermənistan Xocalıda etdiyi kimi qadın, uşaq, yaşlı, dinc sakin demədən cinayət törədir. Bu hüquqdankənar fəaliyyət və qətliamlar qarşılıqsız qalmayacaq. Kim nə deyir desin, Türkiyə sona qədər Azərbaycanın yanındadır”, – İ.Kalın bildirib.
Türkiyənin Ədliyyə naziri Əbdülhəmid Gül də bu məsələ ilə bağlı “Twitter” hesabında fikirlərini bölüşüb:
“Ermənistan terror dövləti olduğunu növbəti dəfə göstərmiş, dinc əhaliyə hücum edərək yenə bəşəriyyətə qarşı cinayət törətmişdi. Bu alçaqlığı lənətləyirəm. Daim azərbaycanlı qardaşlarımızla birlikdəyik! Can Azərbaycan əsla yalnız qalmayacaq”.