Dünya 08.08.2019 02:23

Türkiyə və ABŞ Suriyada birgə əməliyyat mərkəzi yaradır

Türkiyə və Birləşmiş Ştatlar Suriyanın şimalında planlaşdırılmış təhlükəsizlik zonasında əməliyyatların koordinasiya və onlara nəzarət edilməsi məqsədi ilə birgə əməliyyat mərkəzi yaratmaq haqda razılıq əldə edib.

Rakus.az xəbər verir ki, Ankarada üç gün sürən danışıqlardan sonra iki ölkə Suriyanın şimalında Türkiyə ilə sərhəddə təhlükəsizlik zonasının “sülh dəhlizi” olacağını və müharibə nəticəsində məcburi köçkün olmuş suriyalıların vətənlərinə qayıtması üçün bütün səylərin göstəriləcəyini bildirib.

Razılığın əldə edildiyi həm Türkiyənin Müdafiə Nazirliyi, həm də ABŞ-ın Ankaradakı səfirliyinin ayrı-ayrı verdiyi bəyanatlarda açıqlanıb.

Bəyanatların heç birində Vaşinqton və Ankara arasında əsas fikir ayrılığına səbəb olan məsələlərin həll edilib-edilmədiyi ilə bağlı bir söz deyilmir. Bu da təhlükəsizlik zonasının Suriyanın daxilində nə qədər uzanması və ərazidə patrul edən qüvvələrə kimin komandanlıq etməsi məsələləridir.

Razılığın əldə edilməsindən sonra Ankara və Vaşinqtonun təhlükəsizlik zonası ilə əlaqədar razılıq əldə etmədiyi halda, Türkiyənin Suriyanın şimalında hərbi əməliyyatlara başlaya biləcəyi ilə bağlı xəbərdarlıqlara görə dəyərini itirmiş lirənin dəyərinin artdığı müşahidə edilib.

NATO üzrə müttəfiqlər olan Türkiyə və Birləşmiş Ştatlar İslam Dövləti qrupuna qarşı ABŞ hərbi qüvvələri ilə yanaşı döyüşən kürd YPG qüvvələrinin mövcudluğuna görə aylardır təhlükəsizlik zonasının miqyası və zonaya nəzarət məsələləri ilə əlaqədar fikir ayrılıqlarını həll edə bilmirdi. Ankara YPG-ni ölkənin təhlükəsiziyinə hədə təşkil edən terrorçu qrup hesab edir.

Suriyada təklif edilən təhlükəsizlik zonaları
Suriyada təklif edilən təhlükəsizlik zonaları

Ankara Vaşinqtonu Suriyanın şimal-şərq sərhəddi boyu yüz kilometrlə uzanacaq təhlükəsizlik zonasının yaradılması məsələsini dayandırmaqda ittiham edib və Birləşmiş Ştatlardan YPG ilə əlaqələri kəsməyi tələb edib.

Türkiyənin müdafiə naziri Hülusi Akar bundan öncə Birləşmiş Ştatların mövqeyinin Türkiyənin Suriyanın şimal-şərqində təklif olunan təhlükəsizlik zonası ilə bağlı mövqeyinə yaxınlaşdığını bildirib və Türkiyənin ərazidə hərbi qüvvə yerləşdirilməsi planlarının başa çatdığını əlavə edib.

“Bizim planlarımız, hazırlıqlarımız və əraziyə ordu göndərməyimiz başa çatıb. Lakin biz dostumuz və müttəfiqimiz Birləşmiş Ştatlarla birlikdə hərəkət etmək istədiyimizi söyləmişik”, – Ankarada çıxış edən Akar bildirib.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO