skip to Main Content
Dünya 14.11.2020 17:07

Türkiyə XİN: BMT-nin İnsan Hüquqları Şurasının iddiaları həqiqətə uyğun deyil

BMT-nin İnsan Hüquqları Şurasının Xüsusi Prosedurlar Mexanizminin açıqlamasındakı iddialar əsassızdır, tamamilə həqiqətdən uzaqdır. Bu feyk xəbərlərin yayılmasının səbəbi diqqəti Ermənistanın işğalçılığından yayındırmaq və saxta “beynəlxalq terrorizmlə mübarizə aparan məzlum ölkə” imici yaratmaq cəhdidir. Ermənistanın Suriya Milli Ordusu hərbçilərinin görüntülərini videoya çəkərək saxta “dəlil” kimi internetdə yaydığı sübut olunub. Bu saxta videolar və pul qarşılığında danışdırılan şəxslərin sözləri inandırıcı deyil.

Rakus.az xəbər verir ki, bu fikirlər Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoyun açıqlamasında yer alıb.
Nazirliyin sözçüsü deyib ki, Türkiyə tərəfinin fikrini öyrənmədən qara təbliğat olan saxta görüntülər və informasiyalar əsasında yayılan mətbuat açıqlaması BMT-nin Xüsusi Prosedurlar Mexanizminin etibarlılığını zədələyib. Bu mexanizmdən gözlənilən tərəf tutan açıqlamalar əvəzinə şəffaf araşdırmalara və bütün tərəflərin mövqeyinə əsaslanan rəy verməkdir.

Türkiyə XİN-in açıqlamasında qeyd olunur ki, Ermənistanın Suriyadan gətirdiyi PKK/YPG terrorçularını Qarabağda yerləşdirdiyi və onlardan istifadə etdiyi hər kəsə məlumdur. Hətta adları tərəfimizdən bilinən çoxlu sayda PKK terrorçusu hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusu tərəfindən zərərsizləşdirilib. Ermənistanın Baş naziri Paşinyanın da etiraf etdiyi kimi, erməni diaspor təşkilatları üçüncü ölkələrin vətəndaşları olan erməniləri Qarabağdakı döyüşlərə cəlb ediblər. Biz gözləyirdik ki, bu məlumat xüsusi məruzəçilər tərəfindən araşdırılacaq və onların bəyanatlarında əks olunacaq.
Bildirilir ki, BMT-nin Xüsusi Prosedurlar Mexanizminin açıqlamasında qeyd edilən mülki əhalinin atəşə tutulmasını həyata keçirən əslində Ermənistandır. Baş nazir Paşinyanın hərbi müşavirinin dediyi kimi, Ermənistan əhali arasında xaos yaratmaq məqsədilə Azərbaycana qarşı qadağan olunmuş kasetli bombalardan istifadə edib və müharibə cinayətləri törədib. Bütün bunlar “Human Rights Watch” və “Amnesty International” təşkilatları tərəfindən də təsdiqlənib.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Back To Top
×Close search
Axtar