Türkiyədə genişmiqyaslı yoxlamalar keçiriləcək
Sentyabrın 4-də ölkədə yeni növ koronavirusun yayılmasının qarşısının alınması məqsədilə Türkiyənin 81 vilayətində növbəti dəfə “Sağlamlıq üçün, hamımız üçün” şüarı altında genişmiqyaslı yoxlamalar aparılacaq.
Rakus.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyindən bildirilib.
Vali, kaymakam, bələdiyyə sədri, məhəllə böyükləri və hüquq-mühafizə orqanlarının əməkdaşlarının iştirakı ilə keçiriləcək yoxlamalar barədə ölkənin bütün aidiyyəti qurumlarına xəbərdarlıq göndərilib.
Yoxlamalar çərçivəsində əhali arasında ölkədə postpandemiya dövrünün ilk mərhələsi olan “Nəzarətli sosial həyat”, sosial məsafə və maskataxma qaydalarına riayət edilməsinə nəzarət gücləndiriləcək.
Kafe, restoran, otel, alış-veriş mərkəzləri olmaqla ölkənin bütün sosial sahələrini əhatə edəcək yoxlamaların keçirilməsində əsas səbəb son günlər Türkiyədə COVID-19-a yoluxanların sayının artmasıdır.