Türkiyəli iş adamları Azərbaycana dəstək verdilər
Türk iş dünyası “Azərbaycanda Sosial və İqtisadi İnkişafın Yeni Bir Dövrü” mövzusunda keçirilən görüşdə Azərbaycanın işğaldan azad edilmiş torpaqların inkişafı üçün gələcəkdə lazım ola biləcək hər cür dəstəyi verməyə hazır olduqlarını və Dağlıq Qarabağ məsələsində azərbaycanlı qardaşlarının yanında olduqlarını bildiriblər.
Rakus.az xəbər verir ki, iclasda Azərbaycan İqtisadiyyat Naziri Mikayıl Cabbarov, Türk Şurası Baş katibi Bağdad Amreyev, Azərbaycan Xarici İşlər Nazirinin (XİN) müavini Ramiz Həsənov, Türkiyə Ticarət və Sənaye Palatasının rəhbəri Rifat Hisarcıklıoğlu və Azərbaycan, Qırğızıstan, Özbəkistan və Qazaxıstanın Ticarət Palatalarının nümayəndələri iştirak ediblər.
Amreyev bildirib ki, Türk Şurası ölkələri bugünədək çətinliklər qarşısında güclü həmrəylik və əməkdaşlıq nümayiş etdirib.
O qeyd edib ki, üzv dövlətlər hərtərəfli qardaş Azərbaycanla həmrəyliyə həssas olduqlarını təsdiqləyirlər:
“Bu həmrəylik hər şeydən yüksəkdir. Üzv ölkələrdəki özəl sektor gələcəkdə Azərbaycanın azad etdiyi torpaqların inkişafı üçün lazım ola biləcək hər cür dəstəyi verməyə hazırdır”.
R.Hisarcıklıoğlu Ermənistanın Azərbaycanın mülki vətəndaşlarına qarşı hücumları kəskin şəkildə qınadığını bildirib:
“Ermənistanın təcavüzkar münasibəti və Azərbaycan ərazilərinin işğalı qəbuledilməzdir. Bu ədalətsiz işğala son qoyulmalıdır. Bütün dünyanı erməni hücumlarına “dayan” deməyə dəvət edirəm. İş dünyası olaraq bu haqlı işdə Azərbaycanın yanında olmağa və ona dəstək verməyə davam edəcəyik”.
Türk Şurasına üzv ölkələrin 150 milyondan çox gənc əhaliyə və 1,5 trilyon dollarlıq milli gəlirə sahib olduğunu xatırladan Hisarcıklıoğlu Türk dünyasının öz coğrafiyasında təbii ehtiyatları ilə əhəmiyyətli iqtisadi güc halına gəldiyini və bu gücdən istifadə edilməli olduğunu qeyd edib.