Türkiyənin koronavirusa qarşı peyvəndi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) siyahısına salınıb.
Rakus.az xəbər verir ki, bu barədə ölkənin Sənaye və Texnologiya Naziri Mustafa Varank “Twitter”də yazıb:
“TÜBİTAK COVID-19 Türkiyə Platforması peyvəndin insanlar üzərində sınaqlarının birinci mərhələsinə başlayıb”.
Türkiyəli nazir yeni peyvəndin ÜST-ün siyahısına düşən 4-cü vaksin olduğunu vurğulayıb.
Xatırladaq ki, türkiyəli alimlərin hazırladıqları “İntranazal Kovid” dünyada sprey formasında ilk peyvənd olacaq.