Türkmənistanda Bitərəflik Günü qeyd olunur
Bu gün Türkmənistan Bitərəflik Gününü qeyd edir.
Rakus.az xəbər verir ki, Bitərəflik Günü Türkmənistanda dövlət səviyyəsində qeyd olunan ikinci bayramdır. Artıq 24 ildir bu bayram ölkədə geniş qeyd edilir. Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov türkmən xalqını bayram münasibətilə təbrik edib. Ölkənin bütün vilayət və şəhərlərində bayram şənlikləri keçirilir.
Türkmənistan dünyada yeganə dövlətdir ki, onun bitərəflik statusu BMT Baş Məclisinin 1995-ci il 12 dekabr tarixli qətnaməsi ilə bəyənilib və təsdiq edilib. Bu tarixi seçim Türkmənistana öz xarici siyasət strategiyasının əsas məzmununu və istiqamətini müəyyənləşdirməyə, xarici dövlətlərlə bərabərhüquqlu münasibətlər qurmağa imkan verib.
Xatırladaq ki, Türkmənistan Prezidenti Bitərəflik Günü münasibətilə əfv Fərmanı imzalayıb və 528 məhbus azadlığa buraxılıb.