Üç prezident Qazaxıstanda görüşəcək
Rusiya, Türkiyə və İranın dəstəyi ilə Suriyada sülhün bərpası ilə bağlı danışıqların yeni mərhələsinə Qazaxıstan ev sahibliyi edəcək.
Rakus.az xəbər verir ki, bu barədə Qazaxıstan xarici işlər naziri Muxtar Tleyberdi deyib.
O, görüşün dekabrın 10-11-də baş tutacağını söyləsə də, gündəlik və danışıqlarda kimlərin iştirak edəcəyi barədə heç bir məlumat verməyib.
Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğan Suriya sammitindən öncə danışıqlar aparmaq üçün sentyabrın 16-da İran və Rusiya prezidentlərini qəbul etmişdi.
Suriya sammitinin diqqət mərkəzində Suriya prezidenti Bəşər Əsədi hakimiyyətdən devirməyə çalışan üsyançıların nəzarətindəki sonuncu ərazi olan İdlib bölgəsindəki durum olub.
Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Həsən Ruhani və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan danışıqlarda Suriya hökumətinin regional gərginliyi artıran və Türkiyəyə yeni miqrant dalğasına təkan verə biləcək hücumlarından sonra həmin ölkənin şimal-qərbində davamlı sülhün təmin edilməsinə səy göstərdiklərini deyirlər.