Dünya 17.05.2019 21:28

UEFA “Arsenal”ın cavabın verdi

UEFA “Arsenal”ın Avropa Liqasının final oyununun Bakıya salınması ilə bağlı etirazına cavab verib.

Rakus.az xəbər verir ki, qitə futbol qurumunun rəsmi saytında dərc edilən məktubda finalın təşkilinin çətin və uzun proses olduğu vurğulanıb:

“UEFA təşkilatçıları təyin etmək öhdəliyini yalnız namizədlərin onların təşkilatçılıq qabiliyyətlərini sübut edəcək meyarları göstərmələri şərti ilə dürüst və şəffaf tender prosesi vasitəsilə öz üzərinə götürüb. Adətən, qurum klub yarışlarının final oyunlarına ev sahibliyi etmək üçün sifarişlərin qəbulu prosesinə bir neçə il öncə başlayır. Bu isə o deməkdir ki, finalın hansı şərtlər altında təşkil edilməsi öncədən bəlli ola bilməz. Əvvəlki finallardakı təcrübələrimiz azarkeş sayının komandalara görə dəyişə biləcəyindən xəbər verir. Ona görə də vahid kvota təyin etmək düzgün deyil. Əlbəttə, finalçılar bilinənə və ya güman olunana qədər bilet satışını təxirə salmaq ideal olardı. Bura neytral publika üçün nəzərdə tutulan biletlər də daxildir. Təbii ki, final oyununun yeri seçilən zaman Londonun iki komandası arasında İngiltərə finalının olacağı çox da təxmin edilə bilməzdi. Şübhə yoxdur ki, bu, hadisə loqistika üçün böyük çətinlik yaratdı. Bakıya səfər etmək üçün sizin və “Çelsi” azarkeşlərinin problemlə üzləşmələrinə görə təəssüf hissi keçiririk. Əməkdaşlarımız azarkeşlərin daha sərfəli şəkildə finala getmək yollarını araşdırır. Bu baxımdan klubun bizimlə birgə səylərini alqışlayardıq”.

Məktubda bildirilir ki, UEFA üçün fanatlar prioritet məsələdir: “Futbol azarkeşlər üçündür və bütün Avropa futbolun ali imkanlarından zövq almalıdır. Belə matçlar adətən klubları rəqabətədavamlı olan məhdud sayda ölkələr üçündür. Amma müvafiq infrastruktur mövcuddursa və bu istiqamətdə işlər görülürsə, digər azarkeşlərə də unikal canlı izləmə təcrübəsi ilə yanaşı, bütün regionlarda futbolun inkişafına əhəmiyyətli dərəcədə dəstək olan tədbirlər keçirmək imkanı vermək ədalətli olardı. Buna görə də UEFA-nın müəyyən stadionları yalnız mərkəzdən kənardakı coğrafi vəziyyətinə görə istisna etməsi tam haqsızlıq sayılardı”.

Xatırladaq ki, “Arsenal” klubu dünən rəsmi saytında saytında yerləşdirdiyi müraciətdə UEFA-nı final oyunu üçün Bakını seçməkdə günahlandırmış, azarkeşlər üçün az bilet ayrılmasından narazılığını ifadə etmişdi.

Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək finalda İngiltərənin “Arsenal” və “Çelsi” klubları qarşılaşacaqlar.

XƏBƏR LENTİ
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO