Uhanda ölənlərin sayı 3 869 nəfərə çatdı
Yeni tip koronavirus (COVİD-19) epidemiyasının ortaya çıxdığı Çinin Hubey əyalətindəki Uhan şəhərində ölənlərin sayı 1290 nəfər artırılaraq 3 869 nəfərə çatıb.
Rakus.az xəbər verir ki, Çində koronavirusdan ölənlərin qeydə alınmasında müəyyən axsaqlıqlar baş verdiyi üçün rəqəmlər yenidən hesablanaraq ölü sayına 1 290 nəfər əlavə edilib.
Uhanın səhiyyə orqanlarının veridiyi açıqlamaya görə, evində ölən xəstələrin qeydiyyata alınmaması, tibb işçilərinin çatışmazlığı səbəbiylə natamam və ya səhv məlumatların ötürülməsi və həmçinin qurumlararası koordinasiyanın olmaması səbəbindən qeydə alınan ölü və yoluxma faktlarında təhriflərə yol verilib.
Rəqəmlərin düzəldilməsi ilə Çində koronavirusdan ölənlərin ümumi sayı 4,632-yə çatıb. Yoluxanların sayı isə 351 nəfər artırılaraq 82,692 olaraq düzəldilib.