Ukrayna mütəxəssisləri qəzas ilə bağlı İrana getdi
İranda Tehran-Kiyev marşrutu üzrə “PS 752″ reysini yerinə yetirən “Ukrayna Beynəlxalq Hava Yolları” aviaşirkətinin Boeing-737 təyyarəsinin qəzaya uğramasının səbəblərini rəsmi Tehran müəyyən edəcək.
Rakus.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Ukrayna Daxili İşlər Nazirliyinin rabitə şöbəsinin müdiri Artem Şevçenko deyib.
DİN rəsmisi bildirib ki, digər ölkələrin ərazisində baş verən qəza ilə bağlı texniki araşdırma Hava qəzalarının araşdırma bürosuna tapşırılıb: “Büro, lazım olduqda, digər dövlət və hüquq-mühafizə orqanlarını cəlb edə bilər”.
O, qeyd edib ki, İranın müstəntiqlərə və mütəxəssislərə icazə verəcəyi təqdirdə, Ukrayna tərəfi təyyarənin göyərtəsində təhlükəsizlik standartlarını yoxlayacaq.
Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksiy Danilov isə bildirib ki, ölkənin Müdafiə Nazirliyinin təyyarəsi bir qrup mütəxəssisi baş verən təyyarə qəzası ilə bağlı İrana aparıb.