Ukrayna təbii qaza görə Rusiyadan pul tələb edir
Ukrayna Rusiya təbii qazının tranziti tarifini nəzərdən keçirir.
Rakus.az xəbər verir ki, Ukraynanın təbii qazın Avropaya daşınmasına dair Rusiyadan tələb etdiyi qiymət bəlli olur. Belə ki, Ukraynanın Rusiya sərhədindən 1000 kubmetr təbii qazın nəqli üçün gündəlik 16,01 dollar, Slovakiya sərhədinə daşınacaq 1000 kubmetr qaz üçün sutkalıq 9,68 dollar alacağı gözlənilir.
Xatırladaq ki, Ukrayna və Rusiya Ukrayna ərazisindən qaz tranzitinin davam etdirilməsi və qarşılıqlı tələblərin nizamlanmasına dair saziş imzalayıb. Sənəddə, həmçinin Stokholm arbitraj məhkəməsinin qərarı ilə Rusiyanın Ukraynaya 2,9 milyard dollar borcunu ödəməsi, Rusiyanın isə bütün iddialarını geri çağırması nəzərdə tutulub. Ukrayna ərazisindən 2020-ci ildə 65 milyard kubmetr, 2021-2024-cü illərdə isə illik 40 milyard kubmetr Rusiya qazı nəql olunacaq.