Ukrayna təyyarəsi İranda qəzaya uğradı
Göyərtəsində 180 sərnişin olan Ukraynaya məxsus “Boeing 737” tipli sərnişin təyyarəsi “texniki nasazlıq” səbəbindən Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya uğrayıb.
Rakus.az xəbər verir ki, Kiyevə uçan təyyarə limanından yola düşdükdən bir müddət sonra qəzaya uğraması barədə məlumat verilib. Hadisə barədə xəbəri hava limanının rəhbərliyi də təsdiqləyib və bildirilib ki, təyyarə uçuşdan sonra qəzaya uğrayıb.
Qəza nəticəsində sərnişinlərin hamısı həyatını itirib. İranın Fövqəladə Hallar İdarəsinin direktoru “RİA Novosti”-yə bildirib ki, İranda qəzaya uğrayan Ukrayna laynerində sağ qalanların olması şansı yoxdur.
“Təyyarənin bütün hissələri yanğına məruz qalıb, kiminsə sağ qalması üçün heç bir şans yoxdur” müsahib deyib.
İranın Aviasiya Nazirliyinin rəsmi nümayəndəsi Cəfər Zadənin bildirdiyinə görə, təyyarədə 167 sərnişin olub.