Dünya 23.04.2020 08:36

Ukrayna XİN: Ölkədə “erməni soyqırımı” ifadəsi işlədilməsin

Ukrayna Ali Radasının deputatı Darya Volodina “Facebook” səhifəsi vasitəsilə bu ölkənin Xarici İşlər nazirinin müavini Vasili Bodnarın Osmanlı İmperiyasındakı “erməni soyqırımı”nın 105 illiyi ərəfəsində dövlət orqanlarının nümayəndələrinə göndərdiyi məktubunun fotosunu paylaşıb.

Rakus.az xəbər verir ki,  “Rusarminfo”un xəbərinə görə, Bodnar sözügedən məktubda Ukraynanın “erməni soyqırımı”nı (dırnaqlar saxlanılıb) tanımadığını bildirir və “Osmanlı İmperiyasında 24 aprel 1915-ci il faciəvi hadisələri” ifadəsindən istifadə edir.

Ukraynalı dövlət rəsmisinin sözlərinə görə, Osmanlı İmperiyasının erməni əhalisi ilə baş verən hadisələr 9 dekabr 1948-ci ildə BMT tərəfindən qəbul edilmiş soyqırımı termininin tərifinə (hər hansı bir milli, etnik, irqi və ya dini qrupu tamamilə və ya qismən məhv etmək niyyəti ilə edilən hərəkətlər) daxil deyil.

Bodnar həmçinin əlavə edib ki, Ermənistan daim Rusiyanın xarici siyasətini dəstəkləyir və beynəlxalq toplantılarda Ukrayna üçün vacib qərarların, qətnamələrin əleyhinə səs verir.

Dövlət rəsmisi soyqırımı məsələsinin Ukraynanın strateji tərəfdaşı olan Türkiyə üçün həssas mövzu olduğunu qeyd edib və bununla tarixçilərin məşğul olmalı olduğunu vurğulayıb.

Yekunda Bodnar məktub ünvanladığı Ukrayna rəsmilərindən “Erməni Soyqırımı”nın 105 illiyinin anım tədbirlərində iştirak etməmələrini və “erməni soyqırımı” terminini istifadə etməmələrini xahiş edib.

Sözügedən məktubu şərh edən Darya Volodina isə Xarici İşlər Nazirliyindəki “bəzi işçilərin savadsız” olduğunu söyləyərək soyqırımı iddiasının ABŞ, Fransa, Kanada, Almaniya, İtaliya, Hollandiya kimi ölkələr tərəfindən tanınmasını xatırladıb.

Xatırladaq ki, daha əvvəl də Daria Volodinanın “erməni soyqırımı”nın anımı ilə bağlı təklifi Ukrayna Ali Radası tərəfindən rədd edilmişdi.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS