Ukrayna yeni 1000 qrivna əsginası buraxır
Oktyabrın sonlarından Ukraynada yeni 1000 qrivna əsginası dövriyyəyə buraxılacaq.
Rakus.az xəbər verir ki, Ukrayna Milli Bankının məlumatına görə, yeni əsginasın dövriyyəyə buraxılması minimum əməkhaqqının artım dinamikası ilə bağlıdır. Belə ki, 2006-cı ildə 500 qrivnalıq əsginas dövriyyəyə buraxılanda Ukraynada orta əməkhaqqı 1000 qrivna idi. Onda bankomatlarda iki 500 qrivna ilə mübadilə etmək asan idi. 2006-cı illə müqayisədə Ukraynada minimum əməkhaqqı təxminən 9 dəfə artıb. Bu baxımdan çox sayda əsginasın buraxılmasına və onların toplanmasına xərcləri azaltmaq üçün maksimum dəyəri artırmaq qərara alınıb.
Oktyabrın əvvəlindən isə tədricən 1, 2 və 5 qəpiklər dövriyyədən yığılacaq.
Yeni əsginasın üzərində tanınmış Ukrayna alimi, Ukrayna Elmlər Akademiyasının ilk rəhbəri Vladimir Vernadskinin şəkli olacaq.
Ukraynanın bəzi ekspertləri isə yeni əsginasın dövriyyəyə buraxılmasını ölkədə inflyasiyanın çox olması ilə əlaqələdirirlər.