Dünya 04.03.2020 05:56

Ukraynada Nazirlər Kabineti buraxılır

Ukraynada ən çox müzakirə olunan məsələlərdən biri Nazirlər Kabinetinin buraxılmasıdır.

Rakus.az xəbər verir ki, bununla bağlı Ukrayna Ali Radasında Prezident Vladimir Zelenskinin iştirakı ilə növbədənkənar sessiyanın keçiriləcəyi gözlənilir. Sessiyada Baş Nazir Aleksey Qonçarukun istefaya göndərilməsi məsələsinin müzakirəyə çıxarılacağı ehtimal edilir.

Onsuz da ilin əvvəlində hakimiyyət dövlət büdcəsində kəsirlə üzləşib. Əsas problemlər Ukraynanın milli valyutası olan qrivnanın məzənnəsinin möhkəmlənməsi və hökumətin iqtisadi inkişafla bağlı gözləntilərinin üst-üstə düşməməsidir. Koronavirus səbəbindən maliyyə bazarlarında yaşanan çaxnaşma Nazirlər Kabinetinin problemlərini daha da artırıb, məmurları dövlət büdcəsinə yenidən baxılması barədə ciddi düşünməyə və bəzi qeyri-sosial xərcləri təxirə salmağa məcbur edib. Aleksey Qonçaruk hökumətində dövlət büdcəsi ilə bağlı yaranan problem Prezident Ofisini Baş Nazirin işini qeyri-qənaətbəxş qiymətləndirilməsinə səbəb olub. Digər tərəfdən, Aleksey Qonçarukun bir müddət öncə Nazirlər Kabinetində keçirilən iclasda gizli səsinin yayılması və orada özünün iqtisadiyyatda naşı olmasını etiraf etməsi hökumətə etibarsızlığı daha da artırıb. Düzdür, Baş Nazir istefa ərizəsi yazsa da, Zelenski istefanı qəbul etmədi. Ancaq işində dönüş yaratmaq üçün ona vaxt verildi. Görünür, verilən müddət bitib, lakin Qonçaruk vədlərini yerinə yetirə bilməyib.

Hakim “Xalqın xidmətçisi” partiyasının deputatları mətbuata açıqlamalarında hökumətdə təmsil olunan bəzi nazirlərin dəyişəcəyini də anons edirlər. Fevralın 2-də hakim partiyada Prezident Vladimir Zelenskinin iştirakı ilə xüsusi iclas keçirilib. İclasda hökumətdə kadr islahatları ilə bağlı məsələlər müzakirə olunub. Sözsüz ki, hökumət yenidən formalaşacağı təqdirdə bəzi nazirlərin yenilənəcəyi mümkündür. Yeri gəlmişkən, Zelenski hakimiyyətinə ən çox etiraz Daxili İşlər naziri Arsen Avakovla bağlıdır. Bununla əlaqədar Ali Radanın və Prezident Ofisinin qarşısında dəfələrlə etiraz aksiyası keçirilib. Aksiyaçılar Avakovun istefaya göndərilməsini sərt şəkildə tələb ediblər.

Görünən budur ki, Nazirlər Kabineti bir ildə Zelenskinin etimadını doğrulda bilməyib. Aparılan rəy sorğuları da Ukrayna vətəndaşlarının Qonçaruk hökumətinə etimadının çox aşağı səviyyədə olduğunu göstərir.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO