Mədəni 11.07.2023 20:05

Saral xalçasının mistik izahı, gizlədilmiş kodlar - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində tanınmış teleaparıcı Elçin Əlibəylinin təqdimatında “Saral xalçasının mistik izahı, gizlədilmiş kodlar” adlı veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, verilişdə Qərbi Azərbaycanın Pəmbək mahalının Saral kəndinin sənətkarlığından, tarixindən, mədəniyyətindən və məişətindən söz açılır: “Saral kəndi qədim türklərin yaşayış məntəqələrindən biri olub. Zaman-zaman seysmik zonada yerləşdiyi üçün zəlzələlər bu kəndi dağıdıb. Hətta tarixi mənbələrdə bu kəndin iki kənddən ibarət olduğu deyilir. Lakin təbii fəlakət bu kəndin əhalisini pərən-pərən salıb və yenidən əhali öz torpaqlarına, öz tarixi yurdlarına qayıdıb və vətənə qayıdışdan sonra məskunlaşma yeni həyat davam edib. Bu kəndin bütöv bir tarixi həm onun daş abidələrində, həm yaddaşlarda, həm də ornamentlərində və adət-ənənələrində qorunur. Saral kəndinin seysmik zonada olması 1988-ci ildə də zəlzələ ilə nəticələnib. 1988-ci ilin əvvəlindən Qərbi Azərbaycandan türklərin son nəfərinə qədər uzaqlaşdırıb qovmaq və “Türksüz Ermənistan” qurmaq istəyən ermənilərin böyük planları var idi. Bu plan həm də Pəmbək mahalını əhatə edirdi. Bu planın tərkib hissəsi məhz Saral, Qursalı və digər kəndlərin boşaldılması, əhalinin oradan köçürülməsi kimi çirkin bir niyyət olub”.

Bildirilir ki, qayıdış, öz Vətəninə getmək, yurda sahib çıxmaq hər bir Qərbi azərbaycanlının başlıca qayəsidir: “Öz Vətəninə qayıdış hissi indi böyük zəfərdən sonra, böyük qələbəmizdən sonra yenidən bir naxış alıb. Yeni rənglə yeni çalarla insanların ürəklərinə qayıdıb. Bu gün Saral kəndinin də əhalisi, hər biri bir qayıtmaq eşqilə yaşayır. Çünki Saral həm təbiəti baxımdan, həm coğrafi mövqeyi baxımından bir Vətən ocağı, bir yurd yeri olmaqla bərabər, nəsillərimizin yaddaşını özündə saxlayan həm də tarixi bir məkan idi. Ona görə bu qayıdışın kökündə həm də irsimizə, dünənimizə, yaddaşımıza qayıdış durur. Bu gün Sarala qayıdıb Saral mədəniyyətini, saral xalçalarını saral incəsənətini yaşatmaq eşqi hər kəsdə, hər bir sarallının içində var”.

Bundan əlavə, verilişdə Saral xalçalarının unikallığından bəhs olunur, əl işlərində məhz türk xüsusiyyətlərinin, inanclarının, mifologiyasının minilliklərdən ötürülən elementlərinin düzgün simmetrik və rəngarəng şəkildə çatdırılması göstərilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş iyulun 11-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

 

 

 

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO