Siyasi 11.07.2025 23:28

“Atam Qazaxdan, Gəncədən gəlmək istəmirdi ki, bəlkə bizi qaytardılar” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Yaşlı erməni dedi ki, vaxt gələcək siz gedəcəksiniz” veriliş Göyçə mahalı, Qaraqoyunlu dərəsi, Çəmbərək rayonu Yanıqpəyə kənd sakini Zaur Sərdarovun həyat hekayəsinə həsr olunub.

O, 1960-cı ildə anadan olduğunu, orta məktəb illərində yaz-yay vaxtı  yaylaqlara köçdüklərini, Göyçə gölündə balıq tutduqlarını, qayıqlarla gəzdiyini söyləyib: “Uşaqlığımız çox gözəl keçib. Kəndin dörd tərəfi meşəlik idi. Biz ot biçirdik. Hava, su tərtəmiz idi. Uşaqlığım, böyüdüyüm yurd-yuvamdakı o gözəl sağlamlıq hamısı o kənddə qaldı. Novruz bayramında analarımız, nənələrimiz qatlama, fəsəli bişirərdilər. Toylarımızda qara zurna, saz səslənirdi. Noruz bayramında tonqallar qalanır, lopa yandırardıq”.

Onun sğzlərinə görə, o vaxt Yanıqpəyə yaylaq yeri olub: “Qazaxdan gəlib orada heyvan otarırlarmış. 1930-cu illərdə oradakı pəyəni yandırıblar.  Yanıqpəyə adı elə ondan qalıb. Orada başqa millət yaşamayıb, hamsı türk olub. Əhalinin 99%-i qohum idi. Uşaqlıq döyründə, tələbəçiliyə qədər  İrəvana, Kirovakana, Dilicana, Çəmbərəyə gedəndə bizə bir cür baxırdılar, zaman-zaman bizi perikdirirdilər. Mağazaya mal vermirdilər, camaat rayona gedəndə görürdün incik gəlirdilər. Bir erməni mənə öz dillərində dedi ki, elə vaxt gələcək bizim hökumətimiz olacaq. Sən hələ uşaqsan, belə şeyləri bilməzsən. Onların bu sözlərinə bizim ağsaqqallarımız, ağbirçəklərimiz inanmırdılar. Sovet hökumətinə güvənirdilər”.

Yanıqpəyə sakini 1988-ci ilin dekabrın 2-də camaatın kənddən çıxmağa başladığını vurğulayıb: “Karvansaray rayonunda heyvanları gətirən uşaqların qarşısını ermənilər kəsib, onları qorxutmaq üçün heyvanları güllələmişdilər. Sonra heyvanları uşaqların əlindən almışdılar. Biz evlərimizi dəyişə bilmədik. Bütün mal-mülkümüz orada qaldı. Camaat  Çəmbərək rayonundan keçməklə Cədəbəyə gəldilər. Bunların hamısı faktlarladır. Atam Qazaxdan, Gəncədən bəri gəlmək istəmirdi ki, bəlkə bizi Qarabağa yönləndirdilər. O da  mümkün olmadı, alınmadı”.

“Vətən həsrəti bizim üçün sağalmaz bir yaradır”- deyən Z.Sərdarov bildirib ki, uşaqlığım, cavanlığım, gəncliyim o kənddə qalıb. Mən hər gecə yuxlarımda oranın görürəm. Yanıqpəyənin icma sədri kimi, camaatımızın  fikirlərini öyrənirəm və onların ürək yanğısı ilə kəndə qayıtmaq istəyini  görürəm. Cavanlarımız daha ürəklə istəyirlər ki, gedib o kəndi görsünlər. Müraciət edən insanlarımız bu ruh, arzu ilə yaşayırlar. Dədə- babalarımızın, nənələrimizin, dəyərli insanlarımızın orada qəbirləri qalıb. Hər şeyi ermənilər dağıdıblar. Əminəm ki, Qərbi azərbaycanlılar ellikcə, obalıqca yurdlarımıza qayıdacağıq”.

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş iyulun 11-də saat 20:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 11.07.2025 23:28
“Atam Qazaxdan, Gəncədən gəlmək istəmirdi ki, bəlkə bizi qaytardılar” - FOTO - VİDEO
Sosial / 11.07.2025 14:22
“Ermənilər heyvanları güllələdilər” – Zaur Sərdarovun “Həyat Hekayəsi” -ANONS - VİDEO
Siyasi, Təhlil / 10.07.2025 23:35
ABŞ-nin prosesə qoşulması ilə Zəngəzur dəhlizi işə düşür - VİDEO
Siyasi / 10.07.2025 14:30
Xankəndidə Qərbi Azərbaycan mesajı – ANONS - VİDEO
Elm və təhsil / 09.07.2025 22:04
“Qobustanda 5000 il əvvələ aid 400 söz oxunub və onlar türkcədir” - VİDEO
Elm və təhsil / 09.07.2025 13:56
Prototürklərin ilk yaşayış məskənləri – ANONS - VİDEO
Siyasi, Sosial / 08.07.2025 22:23
Aşağı Əylənli, Aşağı Əli qrıx, Aşağı Ərmik, Aşağı Zağalı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 08.07.2025 18:30
“Rusiya vətəndaşları Rusiyanın öz siyasətinin girovuna çevrilirlər” - FOTO - VİDEO
Sosial / 08.07.2025 14:44
Adı 80 il əvvəl dəyişdirilən yurd – ANONS - VİDEO
Müsahibə / 08.07.2025 13:49
“Ermənilərə nəsihət: türk dünyasından uzaqlaşmayın” – ANONS 
Müsahibə / 07.07.2025 22:37
“Ermənilər soydaşlarımızın seçib-seçilmək hüququnu da əllərindən almışdılar” - VİDEO
Mədəni / 05.07.2025 22:52
“İrəvan xanlığının Hindistanla böyük əlaqələri var idi” - VİDEO
Mədəni, Sosial / 04.07.2025 22:58
“Bakıda doğulsam da, o torpaq məni çox çəkir” - FOTO - VİDEO
Mədəni, Sosial / 04.07.2025 13:54
“Kliplərimi Nüvədidə çəkəcəm” – Sevinc Abbasovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Təhlil / 03.07.2025 22:43
“Zəngəzura görə Paşinyanı devirmək istəyirlər – Çevriliş planının detalları” - VİDEO
Siyasi / 03.07.2025 14:40
İrəvanda çevriliş planı – ANONS - VİDEO
Elm və təhsil / 02.07.2025 22:33
“Piotrovski ermənilərin qədim sikkə yalanını ifşa etdi” - VİDEO
Elm və təhsil / 02.07.2025 14:31
Ermənilərin 12 min yalanı – ANONS
Siyasi, Sosial / 01.07.2025 22:59
Aşağı Qızqala, Aşağı Qoylasar, Aşağı Qulubəyli, Aşağı Darğalı – türk tarixinin izi - VİDEO
Müsahibə, Mədəni / 01.07.2025 19:12
“Xalçalarda ikibaşlı və üçbaşlı quşların simvollarının mənası” - VİDEO
Sosial / 01.07.2025 14:35
Çarın erməniləşdirdiyi yaşayış məskəni – ANONS - VİDEO
Mədəni / 01.07.2025 13:22
Zəngəzurda deşifrə edilmiş rəmzlər – ANONS - VİDEO
Müsahibə / 01.07.2025 10:22
“Ermənilər Azərbaycanda yaşamaq hüququnu özləri itiriblər” - VİDEO
Siyasi, Təhlil / 26.06.2025 23:11
“Paşinyanın İstanbul səfərinin pərdəarxası – Ermənistan “Turan”a qoşulur” - VİDEO
Siyasi / 26.06.2025 14:26
Ermənistan “Turan”a qoşulur – ANONS - VİDEO
Elm və təhsil / 25.06.2025 22:13
“Vikinqlər Azərbaycan ərazisindən köçən prototürklərin davamçılarıdır” - VİDEO