Dünya 23.06.2020 14:26

ÜST rəhbəri: “Virusun zəifləməsindən danışmaq hələ tezdir”

Pandemiya güclənir: yeni yoluxma hallarının sayı rekord həddə – gündə 183 minə çatıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Gebreyesusun sözlərinə görə, yeni yoluxmaların əsas hissəsi Şimali və Cənubi Amerikada qeydə alınır.

Rakus.az xəbər verir ki, ÜST rəhbəri deyib: “Biz dünyanın bütün ölkələrini əhalinin sağlamlığının qorunması sahəsində tədbirləri gücləndirməyə çağırırıq”. Onun sözlərinə görə, infeksiyanı ağır keçirən xəstələr arasında ölüm hallarının azaldılmasına kömək edən deksametazon preparatı barədə xəbər ümidvericidir.

Doktor Tedros bildirib: “İndi əsas məsələ bu preparatın istehsalını artırmaq və onu bu dərmana daha çox ehtiyac olan yerlərə çatdırmaqdır”. ÜST rəhbəri daha sonra əlavə edib ki, xoşbəxtlikdən, bu preparat ucuzdur, deksametazon dünyanın bütün əczaçılıq müəssisələrində buraxılır və müəssisələrin çoxu bu preparatın istehsalını artırmağa hazır olduqlarını bildiriblər.

Doktor Tedrosun sözlərinə görə, ÜST pandemiayaya qarşı mübarizə üçün zəruri əşyaların alınmasında ölkələrə kömək edir. Bu məqsədlə yaradılmış “təchizat portalı” adlanan onlayn-platforma qoruyucu vasitələrin, oksigenin və ya hər hansı zəruri avadanlığın çatışmaması barədə xəbər verməyə imkan yaradır. Artıq 48 ölkə bu resursdan istifadə edib və ümumi dəyəri 92 milyon dollar olan malları alıblar.

ÜST ekspertləri Maykl Rayan və Mariya Van Kerkxove bildiriblər ki, bəzi xəstələr yoluxandan sonra həftələr boyu, hətta aylar boyu bu xəstəliyini simptomlarını hiss edirlər. Bəzi xəstələrin öskürəyi və təngnəfəsliyi keçmir. Mariya Van Kerkxove deyib: “biz belə halların səbəblərini hələ öyrənirik, ona görə bu mövzuda danışmaq istəməzdim”.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO