Vaqonların yolunu bağlayan 28 nəfər saxlanıldı
Rakus.az xəbər verir ki, bu barədə şənbə günü rayon polisinin mətbuat xidməti məlumat yayıb.
“Hüquq-mühafizə orqanları əməkdaşları 28 qanun pozucusunu tutaraq polis bölməsinə aparıb. Onların şəxsiyyətləri müəyyən edilir. Hərəkatın qarşısını almaq üçün keçirilən aksiya zamanı aksiya iştirakçıları 8 qanun keşikçisinə bədən xəsarəti yetiriblər”, – deyə qurumun mətbuat xidməti “Facebook”da bildirib.
Qeyd edək ki, şənbə günü naməlum şəxslər Lvov bölgəsində kömür vaqonlarının yolunu kəsərək, onların hərəkətinə maneə törədib, nəticədə polis cinayət işi qaldırıb. Ukrayna Mədənçilərin Müstəqil Həmkarlar İttifaqının rəhbəri Mixail Volınets bildirib ki, vaqonların yolu Donbassdakı hərbi əməliyyat iştirakçıları tərəfindən bağlanıb, ehtimal olunur ki, kömür Rusiyadan gətirilibmiş.