Vaşinqton ştatında koronavirusdan 6 nəfər öldü
Vaşinqton ştatının səhiyyə rəsmiləri koronavirusdan ölənlərin sayının 6-ya çatdığını bildirib.
Rakus.az xəbər verir ki, ölüm hadisələrindən beşi Kinq mahalında, biri isə Siyetlin şimalındakı Snohomiş mahalının Poget Sound bölgəsində olub. Ştatda virusa 18 nəfərin yoluxduğu bildirilib.
Tədqiqatçıların dediyinə görə, virus Siyetlın böyük hissəsində həftələr boyu aşkar edilmədən mövcud olub.
Siyetl və Kinq mahalının İctimai Səhiyyə İdarəsinin açıqlamasında 70 yaşlarında bir şəxsin şənbə günü koronavirusdan öldüyünü bildirilmişdi. Səhiyyə rəsmiləri cümə günü də koronavirusdan 50 yaşlarında bir şəxsin öldüyünü demişdi.
Ölkə boyu virusa yoluxma halları yayıldıqca və Kaliforniya, İllinoys, Rod Aylend, Nyu York və Vaşinqton ştatlarında yeni yoluxmalar elan edildikdən sonra ştatlar və yerli hakimiyyət orqanları xəstəliyin qarşısının alınnması üçün testə başlayıb.
Siyetl bölgəsinin rəsmiləri daha iki nəfərə COVID-19 virusu diaqnozu qoyulduğunu, hər ikisinin 60 yaşlarında kişilər və vəziyyətlərinin ağır olduğu bildirilib. Kaliforniyada da iki səhiyyə işçisinin də virusa yoluxduğu deyilir.