Venesuela hökuməti müxalifətlə razılığa gəldi
Venesuela hökuməti və müxalifət Barbodas danışıqlarında sülh haqqında daimi dialoqu dəstəkləmək barədə razılığa gəlib.
Rakus.az xəbər verir ki, bu barədə Venesuelanın Miranda ştatının qubernatoru Ektor Rodriqes bildirib.
“Biz sülh naminə daimi dialoq qurmaq üçün razılığa gəldik və ölkədə sülhün təmin edilməsi üçün birgə işləməklə bağlı hazır olduğunuzu bildirdik”, – deyə Rodriqes dövlət televiziyasındakı çıxışı zamanı vurğulayıb.
Eyni zamanda, prezident Nikolas Maduro danışıqlar prosesinin təfərrüatları barədə açıqlama verməkdən boyun qaçırıb.
“Bizim müzakirə olunan konkret mövzularla bağlı müxalifətlə və vasitiəçi Norveç hökuməti ilə razılığımız var. Ümumilikdə altı belə mövzu mövcuddur”, – Maduro belə deyib.
Xatırladaq ki, Barbados danışıqları iyulun 8-də başlayıb. Buna qədər N.Maduro görüşün nəticələrinə dair öz nikbinliyini dilə gətirmişdi.